“YPX əməkdaşı artıq gizli patrul xidmətləri göstərə bilməyəcək”. Moderator.az xəbər verir ki, bu barədə ekspert Ərşad Hüseynov məlumat verib
Onun sözlərinə görə, “Daxili İşlər Nazirliyinin Kollegiyası “Yol-patrul xidməti haqqında" yeni təlimat təsdiq edib: “Təlimatda xeyli yeniliklər var. Onların ən maraqlılarından biri xidmətin növləri ilə bağlıdır. Artıq gizli və ya qarışıq xidmət qadağan olunur. Belə ki, polis əməkdaşı əvvəllər patrul maşınında deyil, adi bizim idarə etdiyimiz maşına oxşayan maşında xidmət edirdi. Yaxud da xüsusi uniformada yox, adi formada xidmət edir. Belə patrul xidmətləri artıq qadağan olunur. Ancaq aşkar xidmət olacaq. Bu da o deməkdir ki, polis yol patrul maşınında və uniformada xidmət edəcək.
Yəqin ki, Nazirlik yol-patrul xidmətində aşkarlığı yüksəltmək məqsədilə və müasir texniki vasitələrin geniş tətbiqini nəzərə alaraq bu xidmətin yalnız aşkar üsulla aparılmalı olduğunu təsbit edib”.