Ağdamdan məcburi köçkün Kərimova Sevda Həsənxan qızı ölüm ayağındadır
FİA.Az vasitəsi ilə dövlət rəhbərliyindən, xeyirxah insanlardan imdad diləyən 2 uşaq anası qan xəstəliyindən əziyyət çəkir.
2017-ci ilin iyunundan aşkarlanan xəstəliklə əlaqədar Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutundan ona qan verilmir.
Ona görə də yaxınları iki uşaq anasını həyatda saxlamaq üçün qanı pulla alırlar. Onun vəziyyəti ağırlaşdığına görə bir aydan çoxdur ki, xəstəxanaya yerləşdirilib. Amma xəstəxana qan vermədiyindən yaxınları ona donor tapırlar.
S.Kərimovanın qan laxtalanması aşağı olduğundan hər biri 500 manat olan tranbasit alıb xəstəyə köçürüblər. Həkimlər ona mielofibroz xəstəliyi diaqnozu qoyub.
Ancaq çarəsiz qadına qan pulu çatdıra bilmirlər. Qan institutu isə həmişə olduğu kimi ölüm ayağında olsa belə kimsə yardım etmir.
Bir neçə gün əvvəl aprel qazisi bu instituda həkim laqeydliyinin qurbanı olaraq dünyasını dəyişmişdi. Odur ki, S.Kərimova və yaxınları ümidi dövlətə və xalqa bağlayıb.
FİA.Az vasitəsi ilə prezident İlham Əliyevə, I vitse-prezident Mehriban Əliyevaya, səhiyyə naziri Oqtay Şirəliyevə, həmçini xeyirxah, imkanlı şəxslərə üz tutan köçkün iki balası üçün ona yaşamağa köməklik göstərilməsini xahiş edib.
“Dövlət rəhbərliyimizdən, məmurlardan, xalqımızdan imdad diləyirəm. Kimi gücü nəyə çatırsa hesaba pul köçürsün. Mehriban xanıma ümidi bağlamışam.
Mənim müalicəmi nəzarətinə götürməsini xahiş edirəm. İki balamın gözü yolda qalıb. Ölümlə çarpışmaqdayamş Bu xəstəliyə qarşı müalicə üçün böyük pullar lazımdır.
Qan pulu çatdıra bilmirik. Yaxınlarım donor tapırlar, Qan İnstitutu isə qanı satır. Bütün mərhəmətli insanlara üz tutub yalvarıram ki, mənə kömək eləsinlər.
Bu müqəddəs Ramazan ayında elədiyiniz bir manat yaxşılığa görə Allah da sizin qabağınıza yaxşılıq çıxaracaq”.
Lələ Təpə döyüşlərinin iştirakçısı Azər Aslanov qan xərçəngindən vəfat etdi. Bu hadisə ölkəni ayağa qaldırdı, cəmiyyəti sarsıtdı, sosial şəbəkələri silkələdi.
Məlumata görə, onun ölümündə Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu ittiham olunur. Çünki aprel qazisini xilas etmək, ömrünü bir neçə il uzatmaq mümkün imiş.
Amma Qan İnstitutunun gözünü pul tutmuş həkimləri soyuqqanlı davranaraq vətən fədaisinin müalicəsinə ürək qızdırmayıblar.
A.Aslanovun əmisi oğlu, jurnalist Tural Aslanlı isə bildirib ki, onun vaxtsız ölməsində müalicə müəssisəsi günahkardır.
S.Kərimovanın “Bank Respublika”da hesab nömrəsi: 380194404060833901
AZE 17634608
Əlaqə nömrəsi: 050 721 24 25