İtə pul tökən nazirin ölkəsində: yoxsul ailələr, ağır xəstələr, qan xərçəngləri... - BİABIRÇILIQ!!!

İtə pul tökən nazirin ölkəsində: yoxsul ailələr, ağır xəstələr, qan xərçəngləri... - BİABIRÇILIQ!!! Sosial şəbəkələr maliyyə naziri Samir Şərifovun oğlunun Türkiyədə poyraz iti bəsləməsinə “od püskürür”

FİA.Az-ın sosial mediaya istinadən məlumatında deyilir ki, nazir oğlunun Anadoluda it fermasında xüsusi cins olan Kanqal (poyraz) iti saxlaması qəzəblə qarşılanıb.

Ölkədə minlərlə aztəminatlı ailə, sosial yardım ala bilməyən yoxsullar, təcili əməliyyata ehtiyacı olan ağır xəstələr, qan xərçəngindən əziyyət çəkən cavanlar, körpələr olduğu hada nazir oğlu pulları it ətinə xərcləməkdədir.

Görəsən, nazir oğlu üçün bu həyatda insan ömrü, insanın xilası əhəmiyyətlidir yoxsa poyraz itinin bəslənməsi?

8 hektarlıq ərazidə itinə xalqdan oğurlanmış pulları xərcləyən S.Şərifovun övladı Misir fironlarından betər davranır.

Hər gün sosial şəbəkələrdə, efirdə, elektron və çap mediasında onlarla insanın müraciətinə rast gəlirik. Onların müalicəsi və əməliyyatına böyük xərc lazımdır.

Amma nazir balası bu insanlara yardım etmək, xeyirxahlıq göstərmək, onların duasını eşitmək yerinə çoban itinə pullar tökür.

Bu mövzuda anaxeber.az yazıb ki, nazir balasının poyraza nə qədər pul xərclədiyini söyləmək çətindir.

Lakin onun bəslənməsi, qidalanması, çobanın zəhmət haqqısını hesablayanda S.Şərifovun övladının hansı harın həyatı yaşadığını təsəvvür etmək asandır.

Nazir atasının maliyyə əməliyyatlarından, valyuta oyunlarından, Beynəlxalq Bank maxinasiyalarından çırpışdırdığı pullar Türkiyədə bir it fermasına səpələnir.

Bu, hələ məmur uşaqlarının əməllərinin bilinən tərəfidir. Nə vaxtsa hansısa nazir oğlunun Avstraliyada kenquru ferması açdığını, Afrikada timsahları bəslədiyini eşitsək təəccüblənmərik.

O isə ölkənin maliyyə-bank sisteminin kəllə-mayallaq olduğu dövrdə xalqın pulları ilə it saxlayır. Hakimiyyətdəki məmurların içində xalqı bundan böyük təhqir edən olmayıb.

FİA.Az-ın məlumatında deyilir ki, S.Şərifov özü də oliqarx həyatı yaşayır. O, bir müddət əvvəl Dubayda günü 11 min avro olan oteldə gecələmişdi.

Bu da onun oğludur. Azərbaycanlı məmurların zadəgan, oliqarx həyatı yaşadığı yeni xəbər deyil.

Ölkədə orta ranqlı dövlət məmurundan tutmuş ən yuxarı eşelona qədər hər birinin biznesi, milyonları, Avropada daşınmaz əmlakı və s. var…

Bu barədə onlarla sənədli faktlar, fotolar mediada tirajlanıb. Son günlərdə də bəzi deputat və nazirlərin villaları görüntülənir.

Onlar xalqın yoxsullaşan bir dövründə əməllərindən geri qalmırlar. Əhali sürətlə kasıblaşır, işsizlik artır, ixtisarlar kütləviləşir, bahalaşma bütün sahələri əhatə edir, böhran insanları aclığa sürükləyir.

Nazirlər isə dövlət maaşından kənar qazandığı milyonlar hesabına lüks həyatını yaşamaqdadır.

Məlumata görə, nazir tez-tez Dubaydakı “Bürc əl – Ərəb” hotelində günü 11 500 avroluq otaq kirayələyir.

Onun kral suitində qalması ərəblərdə maraq doğurub. Onlar bu milyarderin kim olması ilə maraqlanıblar və məlum olub ki, illik maaşı 11 min 500 avro olmayan maliyyə nazirimiz gecəsi bu məbləğə olan Dubayın ən bahalı hotelində gecələyir.

Ərəblər S.Şərifovun artıq kral ya da şahzadə olduğunu düşünməyə başlayıblar. Onlar gözləri bərəlib ki, bir ölkədə nazirin nə qədər əmək haqqı ola bilər ki, gecəsi 11 min 500 avroluq hoteldə qalsın.

Ərəblərin fikrincə, yalnız bizneslə buna nail olmaq mümkündür və dövlət məmurunun da biznes fəaliyyəti qadağandır.

Amma Dubay hotelini işlədənlərin xəbəri yoxdur ki, Azərbaycanda biznesi olmayan nazir və ya məmur yoxdur.

Məlumatda bildirilir ki, S.Şərifovun vaxtaşırı Dubaya yolu düşür və sözügedən otağı qabaqcadan bron edir.

Təbii ki, oxucular üçün bu məlumat sensasiya deyil. Çünki Azərbaycanda nazirlərin əksəriyyəti belə yaşayır.

Kommunal bahalaşma, manatın üçüncü devalvasiyası, hökumətin qənaət rejiminə keçidi və insanlara “yorğana görə ayaq uzat” tövsiyəsinə baxmayaraq, maliyyə nazirinin “yorğan”ı Dubaya qədər uzanır. O da oğludur ki, pulunu itə yedirir...

Oxşar xəbərlər