İtkin düşən alpinistlərin hər üçünün meyiti tapıldı — YENİLƏNİB

İtkin düşən alpinistlərin hər üçünün meyiti tapıldı — YENİLƏNİB Fövqəladə Hallar Nazirliyi itkin alpinistlərin axtarışı ilə bağlı yeni məlumat yayıb.
Axtarışlar zamanı iki kişi və bir qadın meyiti aşkar edilib.

***
Ötən il dekabrın 27-dən Fövqəladə Hallar Nazirliyinin peşəkar xilasedicilərindən ibarət dəstələrin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının iştirakı ilə aparılan və hal-hazıradək davam edən axtarışlar nəticəsində bu gün saat 18:00 radələrində axtarış işlərinin aparıldığı ərazidə alpinistlərə aid çadırın yeri müəyyən edilmiş və ilkin olaraq 1 kişi meyiti aşkar edilib.

FHN-dən "Ölkə.Az"a verilən məlumata görə, hazırda axtarış-təmizləmə işləri davam etdirilir.
Axtarış işləri barədə əlavə məlumat veriləcək.

Qeyd edək ki, 2017-ci il dekabrın 26-da Quba rayonunda dağlıq ərazidə itkin düşmüş “Gilavar" - hava və ekstrim idman klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlu itkin düşüblər.

Oxşar xəbərlər