Rusiya hökuməti istefaya gedir

Rusiya hökuməti istefaya gedir Mayın 7-də Dmitri Medvedevin rəhbərliyi ilə Rusiya hökuməti istefa verəcək. Növbəti gün isə Nazirlər Kabinetinə yeni baş nazirin təyin ediləcəyi gözlənilir.

Virtualaz.org bildirir ki, bu barədə "İnterfaks” xəbər yayıb. Bildirilir ki, sabah Vladimir Putin inauqurasiyadan sonra baş nazir postuna namizədin adını açıqlayacaq.

Mayın 8-də isə onun təyinatı Dövlət Dumasında müzakirə ediləcək.

İnauqurasiyadan sonra Putin baş nazirin adının açıqlanacağı fərman imzalayacaq. İstefa baş nazir, onun müavinləri və federal nazirləri əhatə edəcək.

Oxşar xəbərlər