Ekspertlər ölkə başçısının İngiltərəyə ziyarətini zəruri edən şərtlərə və verilən mesajlara diqqət yönəltdilər
Aprelin 26-da Azərbaycan prezidenti İlham Əliyev Londona səfər edib. Azərbaycan prezidentinin Londonda Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri, xanım Tereza Mey ilə görüşü olub. Mey prezident seçkilərində qələbəsi münasibətilə İlham Əliyevi təbrik edib, onunla görüşməkdən məmnunluğunu ifadə edərək bildirib ki, Azərbaycan prezidentinin bu səfəri iqtisadi və ticarət, enerji, təhlükəsizlik məsələlərinin müzakirəsi üçün yaxşı imkan yaradacaq.
Böyük Britaniyanın Baş naziri SOCAR ilə bp şirkəti arasında imzalanacaq sazişin əməkdaşlığın genişləndirilməsi baxımından önəmini vurğulayıb. Tereza Mey həmçinin Azərbaycanın Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirakına və verdiyi dəstəyə görə minnətdarlığını bildirib. İlham Əliyev təbrikə görə minnətdarlığını bildirərək qeyd edib ki, Azərbaycan ilə Böyük Britaniya arasında ikitərəfli münasibətlərin gündəliyi çox genişdir və ölkələrimiz müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, enerji, ticarət, sərmayə qoyuluşu sahələrində fəal əməkdaşlıq həyata keçirir. Dövlət başçısı bildirib ki, hazırda ticarət əlaqələrinin genişləndirilməsi və şaxələndirilməsi istiqamətində fəal iş aparılır və bunun üçün böyük potensial var. İkitərəfli münasibətlərimizin tərəfdaşlıq əlaqələrinə əsaslandığını deyən ölkə başçısı onun Böyük Britaniyaya səfərinin əməkdaşlığın genişləndirilməsi işinə xidmət edəcəyinə əminliyini ifadə edib. Söhbət zamanı regional inkişaf və təhlükəsizlik məsələləri də müzakirə olunub.
Azərbaycan prezidentinin seçkidən sonra ilk xarici səfərini ənənəvi olaraq Türkiyəyə, ikinci səfəri isə Rusiyaya edilirdi. Bu dəfə ikinci ünvan kimi Britaniyanın seçilməsi diqqət çəkir. Maraqlıdır , görəsən bununla hansı mesajlar verilib səfərin əsas önəmi nədir?
Politoloq Qabil Hüseynli “Yeni Müsavat”a bildirdi ki, prezidentin Britaniya səfəri böyük ehtimalla, hələ seçkilərdən xeyli öncə planlaşdırılmış və hazırlıq görülmüş səfər olub: “Çünki Azərbaycan prezidentinin bir müddət öncə İrana səfərindən sonra İranla Xəzərin cənubunda tapılmış zəngin neft və qaz ehtiyatlarının ortaq istismarı barədə ümumi razılığa gəlinmişdi. Əslində həmin sahə Xəzər dənizinin Azərbaycana aid olan sahəsidir və vaxtilə hələ sovet dövründə Azərbaycan geoloqları tərəfindən həmin mənbə aşkarlanıb. Amma sonradan həmin mənbənin istismara hazırlanması zamanı təxminən 10 il öncə orada geofiziki tədqiqatlar aparılan zamanı İran tərəfi oranı hərbi gəmilərlə mühasirəyə aldı. Azərbaycandan həmin bölgədə tədqiqatlar aparılmasının dayandırılması tələb edildi. Azərbaycan da tədqiqatı müəyyən müddətə təxirə saldı. İndi İranla bu məsələ barədə kompromis qərara gəlinib. Qərarın mahiyyəti ondan ibarətdir ki, həmin sahədə neft və qaz yataqlar birgə istismar ediləcək və gəlirlər birgə bölüşşdürləcək. Özü də bu yataqlar dənizin çox dərin qatlarında yerləşir. Məsələn, 8-9 kilometr dərinliyində qazma işləri aparmaq lazım gələcək. İranın heç 100 metr dərinlikdə qazma işləri aparmağa texnoloji imkanı yoxdur. Amma Azərbaycanın bu imkanı var. Çünki bp şirkətinin köməyi ilə Azərbaycanda Dərin Özüllər Zavodunda üzən platformalar hazırlanır və qazma işlərini həmin platformalar həyata keçirir. Bu projenin müəllifi bp olduğundan, görünür bunu bp ilə razılaşdırmağa ciddi ehtiyac var. Çünki əlavə texnoloji yeniliklər tələb olunacaq.
Bu səfərdən çıxan siyasi mesajlar da var. Azərbaycan bununla yönünün Avropaya olduğunu da nümayiş etdirmiş oldu. Həm iqtisadi, həm siyasi baxımdan bu səfəri uğurlu hesab edirəm. Rusiya bu səfərdən narahat olmamalı və narazılığa da ehtiyac yoxdur. Artıq Rusiyanın son zamanlar hərəkətləri Azərbaycan tərəfindən o qədər də məmnunluqla qarşılanmır. Azərbaycan Ermənistan xaric, bütün dövlətlərlə əməkdaşlıq mövqeyində olan dövlətdir. Azərbaycanın tutaq ki, Britaniya ilə əlaqələri, əməkdaşlığı Rusiyaya və ya başqa hansısa dövlətə qarşı deyil”.
Politoloq Elxan Şahinoğlu isə hesab edir ki, ikinci səfərin Britaniyaya edilməsinin 4 səbəbi var: “Birinci səbəb Azərbaycan-Böyük Britaniya münasibətlərinin xarakterindən irəli gəlir. Hər nə qədər Böyük Britaniya 100 il əvvəl Azərbaycanı müvəqqəti işğal etsə və bu yaddalarımızdan silinməsə də, müstəqilliyimizi qazandıqdan bu yana iki dövlət arasında sıx əlaqələr qurulub. Vaşinqtondan rəsmi dəvət gözləmək nə qədər çətin olsa da, London hər zaman rəsmilərimizi Britaniyaya dəvət ediblər. Bu dəfə də Azərbaycanda prezident seçkisindən dərhal sonra Böyük Britaniyanın baş naziri Tereza Mey İlham Əliyevi Londona dəvət etdi. Azərbaycan prezidenti vaxt itirmədən Ankaranın ardından Londona getdi. Bu səfər Azərbaycan prezidentinə həm də ona görə lazım idi ki, onun prezident seçildiyi Qərbdə heç kimdə şübhə doğurmasın, zatən Amerikanın xaricində Avropa ölkələrindən təbriklər ard-arda gəldi. İlham Əliyevin Britaniya səfərindən dərhal sonra ABŞ prezidentindən təbrik məktubu gəldi”.
Ekspert i ikinci səbəbi bp şirkətinin Azərbaycandakı çalışmaları ilə bağlayıb: “bp az qala 25 ilə yaxındır Azərbaycana ən çox yatırım həyata keçirən şirkətdir və hələ bir bu qədər müddət də ölkəmizdə fəaliyyət göstərəcək. İlham Əliyevin Londona budəfəki səfəri zamanı Azərbaycan Dövlət Neft Şirkəti ilə bp arasında növbəti saziş imzaladı. Bu da səfəri şərtləndirən ikinci səbəb idi. İlham Əliyevin Londona səfərinin üçüncü səbəbi də var. Baxmayaraq ki, Böyük Britaniya Avropa İttifaqından çıxıb Londona səfər edən hər rəsmi köhnə qitədə diqqətlə izlənilir və bunun analizləri hazırlanır. Yəni İlham Əliyevin Londona səfəri başqa Avropa dövlətlərinin digər liderlərini də Azərbaycanın dövlət başçısını öz ölkələrində görməyə sövq edəcək”.
E.Şahinoğlunun qənaətincə, Londona səfərin dördüncü səbəbi Bakının yürütdüyü xarici siyasətlə bağlıdır: “Belə təəssürat yarana bilərdi ki, İlham Əliyev Ankaradan sonra Moskvaya səfər etməli idi. Bəlkə də belə dəvəti Rusiya kəşfiyyat xidmətinin rəhbəri Sergey Narışkin Bakıya səfəri zamanı İlham Əliyevə çatdırıb. Ancaq İlham Əliyev ikinci səfər yeri kimi Böyük Britaniyanı seçməklə balanslaşdırılmış xarici siyasətə üstünlük verdiyini göstərdi. Azərbaycan Avropa ilə əməkdaşlığa önəm verməlidir, bu əməkdaşlıq Rusiyanın istəyindən asılı olmamalıdır. Rusiya bizə Avropanı əvəz edə bilməz. Hər ikisiylə yalnız qarşılıqlı faydalılıq əsasında əməkdaşlığımızı inkişaf etdirməliyik. İkili münasibətlərə üçüncü dövlət qarışmamalıdır”.