Azərbaycan Mərkəzi Bankının (AMB) verdiyi məlumata görə, fevral ayında banklar əhalidən 222,427 milyon dollar alıb, əhaliyə isə 151,155 milyon nağd dollar satıb. Qeyd edək ki, hesabat nağd şəkildə aparılan əməliyyatlara aid edilir.
Beləliklə, əhalidən 71,272 milyon daha çox dollar alınıb. Maraqlıdır, əhali dollar satışına niyə maraq göstərir?
Bu məqamı iqtisadçı-ekspert Natiq Cəfərli "Cümhuriyət”ə şərhində izah edib. O bildirib ki, bankların dollar alışında yaranan müsbət saldonu ölkəyə gələn turistlərin çoxluğu ilə əlaqədardır və bu, özlüyündə müsbət haldır:
"Söhbət təkcə Azərbaycan əhalisindən getmir, həm də ölkəyə fiziki şəxs kimi gəlib valyutadəyişmə məntəqələrində pul xırdalayan əcnəbilərəndən gedir. Son aylarda ölkəyə gələn turistlərin sayında kifayət qədər artım olub. Bu artımı biz də müşahidə edirik. Nəzərə alaq ki, ölkəyə gələn turistlərin hamısı dollarla gəlir. Nəticədə də dolları dəyişərək manata çevirirlər və xərcləmələr həyata keçirirlər. Əhalidə isə manatın uzun zaman dollar qarşısında sabit olması milli valyutaya inamı yavaş-yavaş bərpa etməyə başlayıb. Müəyyən ödənişlər də artıq manat üzərindən həyata keçirilir. Məsələn, avtomobil, mənzil satışında artıq əsasən manat üzərindən qiymətləndirmə aparılır".
Ekspertin fikrincə, əhali əlində olan dollar ehtiyatlarını da manata çevirir, çünki daşınmaz əmlak alanda bank vasitəsilə əməliyyat aparılır və bu da manat üzərindən həyata keçirilir. Mənzil alarkən alıcı vəsaiti depozit olaraq banka qoyur, sonra isə satıcı həmin pulu bankdan çəkir. Ona görə də bu əməliyyatların həcminin artması manata tələbatı artırıb.
Manata inamın getdikcə artdığını bildirən ekspert hələ tam güvəncin də yaranmadığını vurğulayıb:
"Azərbaycan kimi 10 milyonluq ölkədə 70 milyon dollarlıq müsbət saldo aşağı göstərici hesab olunur. Amma nəzərə alın ki, 2016-2017-ci illərdə daşınar və danışmaz əmlaklarla bağlı əməliyyatlar dollar üzərindən həyata keçirilirdi. Artıq indi manata inam yavaş-yavaş bərpa olunur və satışlar manat üzərindən həyata keçirilir, buna görə də əhali dollar ehtiyatlarını satışa çıxarır”.