Ekspertlər ABŞ-ın şəksiz üstünlüyünü qeyd edirlər
Bir ay öncə ABŞ Çinə faktiki olaraq ticarət müharibəsi elan etdi. İki tərəf bir-birlərindən idxal etdiyi mallara qarşı yüksək tariflər tətbiq etməyə başladı.
Müşahidəçilər dünyanın iki nəhəng gücü arasında bu cür böyük bir miqyasda iqtisadi toqquşmanın son 30 ildə ilk dəfə qeydə alındığını bildirirlər.
Musavat.com xəbər verir ki, iqtisadi ekspertlər savaşın şəksiz favoritinin ABŞ olduğunu söyləyirlər. İlk zərbə də elə məhz ABŞ-dan gəlib. Martın 8-də ABŞ prezidenti Donald Tramp Çindən gətirilən polad, aliminium və yarımfabrikat mallara 25%-lik gömrük rüsumu tətbiq edib. ABŞ-ın ilk həmləsinə Çin heç bir cavab verməyib.
Martın 22-də Donald Tramp ikinci memorandum imzalayıb. Həmin memorandumla prezident ABŞ-ın ticarət nümayəndəsi Robert Laythayzerə Çindən gətirilən 50 milyard dollarlıq həcmdə olan mallara tarif gətirilməsi barədə tapşırıq verib. ABŞ-ın Çindən ildə 505 milyard dollarlıq mal idxal etdiyi nəzərə alınsa, bu, olduqca böyük bir rəqəm sayılır. Prezident bu addımını Çinin intellektual oğurluqla məşğul olması və Çin dövlətinin ölkəyə sərmayə qoyan firmalardan onların texnologiyalarının sirrini qeyri-qanuni olaraq tələb etməsi ilə əsaslandırıb.
Martın 23-də isə Çin cavab tədbirlərini açıqlayıb. Rəsmi Pekin128 adda amerikan mallarına yüksək rüsüm tətbiq edib. Bunların içində meyvə, çərəz, şərab və polad borularla bağlı 120 əmtəə nişanına 15%-lik rüsum gətirilib. 25%-lik rüsum isə donuz əti və aliminium metal məmulatlarına tətbiq olunub. Lakin Çinin cavab zərbəsi sadəcə 3 milyard dollarlıq həcmlə kifayətlənib.
Aprelin 3-də isə ABŞ Çindən 1300 adda əmtəəyə əlavə 25%-lik gömrük rüsumu tətbiq edib. Aprelin 4-də Çin ABŞ-ın 106 adda malını xüsusi rüsuma tutub. Bunların içində ən mühüm olanı soya yağları, təyyarələr, kimyəvi məhsullar və avtomobillər sayılır.
Müharibənin qalibi kim ola bilər?
Mütəxəssislər Çinə qarşı başladılan ticarət savaşında Donald Trampın əlinin daha güclü olduğu qənaətindədirlər. İlk öncə ABŞ iqtisadiyyatının xarici ticarətdən asılılığı cüzidir (ÜDM-in 11,9%-i). Çində isə bu rəqəm 19,2% təşkil edir.
Bundan başqa Çinlə ABŞ arasında ticarət kəsiri olduqca böyükdür - 505 milyard dollara qarşı 130 milyard. Rəqəmlərə baxdıqda 375 milyard dollarlıq Çinin xeyrinə üstünlük görünür. Lakin ticarət müharibələrində bu üstünlük kəsiri daha çox olanın xeyrinə çevrilir.
Çinin ABŞ-a qarşı tətbiq eəcəyi ən təsirli tədbir soyalara gətiriləcək rüsumlar ola bilər. ABŞ-ın 2017-ci ildə dünyaya ixrac etdiyi 23 milyard dollarlıq soya məhsullarının təkcə 12 milyardı Çinin payına dşür. Lakin Çin kənd təsərrüfatında geniş şəkildə istifadə olunan ABŞ məhsulunu əvəz etmək demək olar, mümkün deyil.
Çinin ABŞ “Boinq”lərinə məhdudiyyət gətirməsinin xeyri olmayacağı bəllidir. Belə olan halda rəsmi Pekin onun əsas rəqibi “Aerobus”lara yönəlməli olacaq. Bu isə avropalı təyyarə sənayeçilərinin əlinə qiymət və texnologiya mübadiləsi məsələsində əlavə rıçaqlar verəcək.
Ümumiyyətlə isə ABŞ-ın yüksək texnologiyalı məhsullarına rüsumun tətbiq edilməsinin Çin iqtisadiyyatının özünü sarsıdacağı deyilir. Çinin ABŞ-ın minik avtomobillərinə gətirəcəyi əlavə məhdudiyyət tədbirlərinin də faydasının olmayacağı bilinməkdədir. İlk öncə onsuz da ABŞ avtomobilləri Çin gömrüyündə 25%-lik rüsuma məruz qoyulur. Ikincisi Çinə idxal edilən avtomobillər əsasən Almaniya şirkətlərinin ABŞ-da qurduqları zavodlardan gəlir. Yəni Çin bununla dünyanın 3-cü ən böyük iqtisadi gücü Almaniya ilə üz-üzə gələ biləcəyinin fərqində olmalıdır.
Beləliklə ABŞ-ın ticarət savaşına qarşı Çinin verə biləcəyi təsirli cavab azdır. Lakin Tramp bununla ölkə daxilində, xüsusilə öz baza elektoratında nüfuzunu möhkəmləndirə bilər. Ekspertlər isə savaşın nəticələrini maraqla gözləyirlər.
Onu da qeyd etmək lazımdır ki, Trampın bu cür proteksionist siyasəti həm demokratlar, həm də respublikaçılar tərəfindən ciddi surətdə tənqid olunur. Bu səbəbdəndir ki, prezidentin iqtisadi məsələlər üzrə müşaviri Geri Kon istefaya getməyə məcbur olub. Geri Konun sərt proteksionist tədbirlərin əsas tərəfdarları sayılan ticarət naziri Uilbur Ross və Ticarət üzrə milli şuranın sədri Piter Navarro ilə münaqişəyə düşdüyü xəbər verilir.
Bundan başqa Donald Trampın Çinlə bu tərzdə apardığı ticarət savaşı Konqres üzvlərinin də müqaviməti ilə rastlaşıb. Tramp ABŞ-ın demək olar, bütün aparıcı iqtisadi ekspertləri tərəfindən ciddi şəkildə tənqid edilir.
Politoloqlar ABŞ prezidentinin bu addımını müxtəlif səbəblərlə izah edirlər. Onların fikrincə, Ağ Evin indiki rəhbəri heç də tam olaraq respublikaçı sayılmır. Onun iqtisadi və siyasi baxışları ənənəvi mühafizəkar doqmalarla üst-üstə düşmür.
Məsələn bir çox sağçı siyasətçidən fərqli olaraq ABŞ prezidenti əmlakın dövlət tərəfindən müsadirəsi fikrini bəyənir. Lakin eyni zamanda ucuz işçi qüvvəsi və idxaldan yararlanan transmilli şirkətlərin istəklərinin ziddinə olaraq proteksionizmi qatı şəkildə müdafiə edir. Respublikaçılar üçün isə xarici ticarətə rüsumla müdaxilə etmək az qala küfür sayılır.
ABŞ filosofu Corc Lakoff bunu Trampın gəldiyi biznes sahəsi ilə izah edir: “Donald Tramp heç vaxt iş həyatını idxal-ixrac üzərində qurmayıb. O, əsasən otellər, yaşayış binaları, qolf üçün meydançalar, kazinolar tikməklə məşğul olub. Yəni iqtisadçıların dili ilə deyilsə, Tramp qeyri-ticarət sahəsində çalışıb. Tikinti üçün isə idxal o qədər də önəmli sayılmır”.
Lakoff Trampı psixoloji olaraq Amerikanın xırda bizneslə məşğul olan sahibkarlarına, kafe sahiblərinə, bərbərlərə, avtoyuma işlətməçilərinə, hətta doktorlara, hüquqşünaslara aid edir. Xaricdən gələnlərə, ucuz işçi qüvvəsinə nifrətlə baxan ABŞ-ın bu kəsimi üçün proteksionizm bütün bəlalarının tək əlacı sayılır. Məhz bu kəsimlər D.Trampın elektoratının ana qismi hesab olunur. Onun bütün siyasəti də onların istəyinə yönəldilib.
D.Trampın 2016-cı il seçkilərində Hillari Klinton tərəfindən qalib gəlməsi şübhə doğurmayan Miçiqan, Pensilvaniya və Ohayo kimi ştatlarda zəfəri də bunula izah olunur. 1998-2005-ci illərdə bu ştatlar Çinlə aparılan ticarət səbəbindən 20%-lik işçi qüvvəsindən məhrum olmuşdu.