Məşhur ginekoloq Səbinə Mirzəyevanın qəfil ölümü ilə bağlı bəzi məqamlar aydınlaşıb.
Lent.az xəbər verir ki, bu gün S.Mirzəyeva 3-cü mikrorayondakı evində olarkən səhhəti qəfil pisləşib və insult keçirib. O, dərhal çalışdığı "Baku Medical Plaza” xəstəxanasının Nəsimi rayonundakı mərkəzi filialına gətirilib. Lakin xəstəxanaya çatdırılanda onun artıq keçindiyi məlum olub və bütün tibbi müdaxilələrə baxmayaraq ginekoloqu həyata qaytarmaq mümkün olmayıb.
Bildirilir ki, S.Mirzəyeva arterial təzyiqdən əziyyət çəkirmiş və böyrəklərində problem yaranıbmış.
Ölümün dəqiq səbəbini müəyyən etmək üçün müvafiq araşdırmalar aparılacaq.