"Yazırlar ki, Afaq Gəncəli ilə sevgiliyəm, Oksana ilə gizli eşq yaşayıram"

Tanınmış aparıcı və son vaxtlar özünü aktyor kimi sınayan Şəhriyar Əbilov şəxsi həyatından danışıb.

Yenicag.az-a açıqlama verən 40 yaşlı subay aparıcı insanların onun barəsində cürbəcür şayiələr yaydığını deyib:
"Yazırlar ki, Afaq Gəncəli ilə sevgiliyəm, Oksana ilə gizli eşq yaşayıram"


"Subay kişiyəm, hansı xanımla dostluq edirəm, o saat barəmizdə şaiyələr yaymağa başlayırlar. İnsanlar elə bilir ki, dostluq etdiyimiz xanımlarla sevgi münasibətlərimiz var. Yazırlar ki, Afaq Gəncəli ilə sevgiliyəm, Oksana ilə gizli eşq yaşayıram. Boş-boş söhbətlərdir, hər iki xanımla çox gözəl, səmimi dostluq münasibətlərimiz var. Oksana ilə çəkildiyimiz "Lal yuxu" serialında isə sevgiliyik, ölürük bir-birimizin dərdindən. Nə olsun, o filmdir, reallıq tam fərqlidir. Oksana gündə bir dənə qız şəkli göndərir ki, bax, birini bəyən evlənmək vaxtındır. Həyatımda ən çox diqqət ayırdığım bir qadın var, o da mənim anamdır".

Oxşar xəbərlər