Novruz bayramı xalqımızın ən qədim və gözəl bayramlarından biridir. Bayrama məxsus xeyli zəngin adət-ənənələrimiz mövcuddur. Baharın, yazın gəlişini, torpağın oyanışını simvolizə edən Novruz həm də bolluq bayramıdır. İnsanların həm mənəvi, həm də fiziki baxımdan saflaşmasını özündə birləşdirir. Bütün evlərdə təmizlik işləri aparılır, ehtiyacı olanlara əl tutulur, Novruz payı hədiyyə edilir. Hər kəs çalışır ki, bayram süfrəsi zəngin olsun. Bu isə qarşıdakı illərin bolluq içərisində keçməsinə bir işarədir. Al-əlvan boyanmış yumurtalar, üstü badamlı paxlavalar, ay şəkilli şəkərburalar, günəşi təmsil edən şor qoğal, zəfəranlı plov və daha nələr, nələr bəzəyir bayram süfrələrini. Novruz süfrəsində olan şirniyyatların əksəriyyətində allergiya üçün münbit şərait yaradan yumurta, şəkər, süd kimi məhsullardan bolluca istifadə olunur. Təəssüf ki, son zamanlar doğulan uşaqların əksəriyyəti allergiyadan əziyyət çəkir. Bəs necə etmək lazımdır ki, uşaqlar bayram şirniyyatları dadsınlar, amma onlarda hər hansı bir fəsad yaranmasın?
Ailem.az bununla bağlı pediatr Aytən İsmayılzadənin məsləhətlərini diqqətinizə çatdırır.
"İldə bir dəfə olan şeydir, heç nə olmaz..."
Həkim deyir ki, Novruz bayramı bizə milliliyimizi tanıtdıran gözəl bir bayramdır. Amma bu zaman şirniyyatlara, təamlara, çərəzlərə köklənmək çox səhv yanaşmadır, hətta zərərlidir: "Şirniyyatların insan orqanizminə zərərli olması barədə böyüklərin məlumatları var, amma uşaqlar bundan xəbərsizdir. Buna görə də valideynlərin bilməli olduğu bəzi məqamlar var. "İldə bir dəfə olan şeydir, heç nə olmaz" deyə düşünənlər də var onların arasında. Amma bu məqamda valideynlər diqqətli olmalıdır".
Pediatr qeyd edir ki, aşağıda sadalanan hallar zamanı uşaqlara bu qidaları ümumiyyətlə vermək olmaz:
- Uşaqda allergik diatez varsa
- Bronxial astmadan əziyyət çəkirsə
- disbakteriozdan əziyyət çəkirsə (nəcis analizində maya göbələyi, "pis" mikroblar çox aşkarlanırsa)
- həzm diskomfortu varsa( köp, sancı, həzmsizlik, qəbizlik. ishal)
- tez-tez öskürəkdən əziyyət çəkirsə
- allergik riniti varsa (burnu sulanır, qaşınırsa)
- uşaq qaytarmağa meyllidirsə
- neyrodermit, atopik dermatit kimi xəstəliyi varsa
- piylənmə, şəkərli diabeti varsa
Süd verən analar şirniyyat yeyərkən diqqətli olmalıdır
A. İsmayılzadə məlumat verir ki, ümumiyyətlə, sağlam hesab etdiyimiz uşaqlar belə, bu günlərdə şirniyyatla, çərəzlə çox bəslənməli deyil: "Boyanmış yumurtalar böyüklərlə paylaşılmalıdır. Bir sözlə, təamları daha çox paylaşdıqca özünüzə və uşağınıza olan zərəri azaltmış olarsınız. Həmçinin süd verən anaları da unutmaq olmaz. Süd verən analar da bu şirniyyatlardan və çərəzlərdən çox az istifadə etməlidirlər. Gündə bir-iki şəkərbura, ya da bir paxlava çoxdur ki, az deyil. Qoz, yer fıstığı yeyərkən ehtiyatlı olmaq lazımdır".
Pediatr sadalayır ki, deyilənlərə əməl edilməsə, uşaq orqanizmində aşağıdakı hallar baş verə bilər:
- Çoxdandır sağlam olan uşaq öskürməyə başlayar, yaxud mövcud xəstəliyi kəskinləşər.
- Astma, boğulma tutmaları sıxlaşar
- İştaha azalar və digər faydalı qidalara maraq azalar
- Heç vaxt qəbizlikdən əziyyət çəkməyən uşaq qəbizliklə üzləşər
- İnsulin hasili artar və artıq çəkidən əziyyət çəkənlər üçün bu, arzuolunmazdır
- Sönmüş allergik fon güclənər, yaxud gizli allergik fon üzə çıxar.
"Bütün bu xoşagəlməz hallara səbəb olan amil isə burada karbohidratın (şəkər, un) bol istifadəsidir. Artıq karbohidrat selikli qişalarda iltihaba səbəb olur. Enterit, qastrit, rinit, bronxit selikli qişa problemlərindən yaranır, maya göbələyi aktivliyini artırır, dolayısı ilə immunitet zəifləyir və allergik fon güclənir. Həmçinin müxtəlif çərəzlərin, yumurta və südün potensial allergen olması danılmazdır", - deyə həkim bildirir.
3-5 yaşlı uşağa yarım ədəd paxlava bəs edir
A. İsmayılzadə vurğulayır ki, hər şey qədərində olduqda zərərsiz və faydalı olar. Məsələn, əgər uşağınızın 3-5 yaşı varsa, ona gündə yarım ədəd paxlava və yarım ədəd şəkərbura verməyiniz kifayətdir: "Əgər uşaqları qorumaqda çətinlik çəkirsinizsə, o zaman bol maye verməyə üstünlük verin və ilk əlamətlərdə həkiminizi məlumatlandırın. Kiçik yaşlı uşaqlar üçün (1-3 yaş) qidaların zərərindən başqa yad cisim təhlükəsi də ola bilir. Belə ki, fındıq, badam, digər çərəzlərin qabığı, ləpəsi kiçik yaşlı uşaqların nəfəs yoluna düşərsə, həyati təhlükə yarada bilər. Ona görə bayram günlərində azyaşlı uşaqlara xüsusi nəzarət etmək lazımdır. Əgər bu hal baş veribsə, siz uşağın nəfəs yoluna nəyinsə qaçdığından şübhələndinizsə, bu zaman özünüzü itirmədən ilk yardım etməyə çalışın, uşağı ayaqlarından tutub başı aşağı sallayın və iki kürək sümüyünün ortasına əlinizlə beş dəfə bərk zərbə vurun. Təcili yardıma müraciət etməyi isə unutmayın, yaxud yaxınlıqdakı xəstəxanada qulaq-burun-boğaz həkiminə müraciət edin, çöpçüyə deyil".
Sonda pediatr onu da məsləhət gördü ki, valideynlər göy qurşağı, bahar çiçəklərinin rəmzi olan boyanmış yumurtaların kimyəvi boyalarla, cizgi film qəhrəmanlarının hazır şəkilləri ilə deyil, ziyansız qida boyaları ilə rəngləsinlər.