Efirində yayımlanan "Matrax" proqramına görə Türkiyənin "Show Radio”suna ağır cəza verilib.
Türkiyənin Radio və Televiziya Şurası (RTÜK) Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyevaya qarşı təhqiramiz ifadələrə yol verildiyinə görə sözügedən radionu cərimələyib, proqram yayımının isə 5 dəfə dayandırılması barədə qərar verib. Cərimənin məbləği isə şirkətin kommersiya gəlirlərinin 5 faizi miqdarında müəyyən edilib.
Qərara əsasən, eyni nöqsan 1 il ərzində təkrarlanarsa, proqramın yayımı 10 dəfə dayandırılacaq. Oxşar vəziyyət bundan sonra da təkrarlanarsa, proqramın ləğv ediləcəyi bildirilir. Bu, RTÜK-ün tətbiq etdiyi ən ağır cəza hesab olunur.
Məlumat üçün bildirək ki, Azərbaycan prezidenti və xanımına qarşı təhqirlər Zəki Kayahan Coşkunun aparıcı olduğu "Matrax" proqramının 16 yanvar tarixində Türkiyə vaxtı ilə 22:00-01:00-də yayımında səsləndirilib.