Od çərşənbəsində iki uşaq tonqala düşdü

Od çərşənbəsində iki uşaq tonqala düşdü Ötən gün axşam Bakının Nəsimi və Yasamal rayonlarında Od çərşənbəsi münasibəti ilə keçirilən mərasim xəsarətlə nəticələnib.
AZTB.info Report-a istinadən xəbər verir ki, 2008-ci il təvəllüdlü İsrafilov Səid Elxan oğlu və 2004-cü il təvəllüdlü Cəlilov Məhəmmədəli Cahangir oğlu çərşənbə günü münasibəti ilə qalanan tonqalın üzərindən tullanan zaman yanıq xəsarətləri alıblar.

Hadisələr müvafiq olaraq Alı Mustafayev və İsmayıl Qutqaşınlı küçələrində qeydə alınıb.
Hər iki yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Oxşar xəbərlər