"Facebook" nəhayət ki, Reddit platformasındakına bənzər “bəyənməmək düyməsi” (dislike button) üzərində işlədiyini və ABŞ-dakı Android istifadəçilərinin 5%-lik bir hissəsi ilə sınaq apardığını təsdiqləyib.
AZTB.info xəbər verir ki, "Facebook" bu düymənin statuslar və rəylərdə istifadə edilə biləcəyini, məqsədlərinin narahatedici məzmunları təyin etmək olduğunu qeyd edib.
Yeni düymə istifadəyə verildikdən sonra istifadəçilər bəyənmədikləri məzmun üçün “dislike” qoyacaq, sonra isə niyə bu qərara gəldiklərini açıqlamaq üçün pəncərə açılacaq.
“Dislike” sayı “like” və rəylərin yanında görünməyəcək. Ona görə də bu yeniliyin "Facebook"u təhlükəli məzmuna qarşı məlumatlandırmaq məqsədi ilə həyata keçirildiyini söyləmək mümkündür.
Qeyd edək ki, "Facebook"un sahibi Mark Zukerberq bu düymə üzərində işlədiklərini hələ 2015-ci ildə açıqlamışdı.