Qoç - rahatlığa can ataraq qarşınızdakı sədləri və maneələri görməzdən gəlməyin. Çətinliklər həllini tələb edir. Yaşam arealının rekonstruksiyası üçün əlverişli zamandır. Psixoloji amillərə diqqətli yanaşın.
Günün ikinci yarısında yaxınlarınızla münasibətlərdə qayğıkeş olun. Dediklərinizə fikir verin. Mübahisə riski var. Yeni tanışla romantik görüş ola bilər. Bələd olmadığınız insanlarla çəkişməyin.
Buğa - günün ilk yarısından etibarən sürətlə çalışmağa başlayın. İşlərin axarına süni təkan verməyin. Boş söhbətlərə qatılmayın. Dövr üçün aktual məsələlərin müzakirəsinə başlayın. Yeni tanışlıqlar və layihələr olacaq.
Günün ikinci yarısında emosional durumunuza hakim olun. İntuisiyadan daha çox məntiqə güvənin. Sayıq davranın.
Evlə bağlı qəfil problemlər yarana bilər. Texnika və ya mexanizmin sıradan çıxması istisna deyil. Axşam saatlarında dostlarla görüşə bilərsiniz.
Müsbət emosiyalarınızı əsirgəməyin.
Əkizlər - daşınmaz əmlak, ticarət və xidmət sahələrində çalışırsınızsa, uğurlu gündür. Ailə büdcəsini yaxşı planlaşdırın, bədxərcliyə yol verməyin.
Maliyyə məsələlərində diqqətli olun. Alış-verişə çox baş qoşmayın.
Günün ikinci yarısında maddi məqamların çözülməsində dostların və tanışların yardımlarından bəhrələnə bilərsiniz. Həddən artıq işləməyin. Əks təqdirdə ifrat yorğunluq, stress hiss edəcəksiniz.
Axşam saatlarında neqativ anların "intiqam"ını ailə üzvlərindən almayın.
Xərçəng - bu gün sizi yalnız daxili aləminiz maraqlandırmasın. Dəyər verdiyiniz insanlarla təmaslarda laqeyd və soyuqqanlı olmayın. İzafi emosionallıqda zərər var. Yaradıcılıq potensialınızı ağır problemlərin həllinə yönəldin. İnciklik və anlaşılmazlıq yaranarsa, qarşı tərəfin istəklərini anlamağa çalışın.
Günün ikinci yarısında dartışmalara, fikirlərin mütləq şəkildə aydınlaşdırılmasına meylli olmayın. Ətrafdakı insanların can atdıqları məqsədlərin nədən ibarət olduğunu təhlil edin.
Axşam saatlarında normal istirahətə haqqınız var.
Şir - maraqlandığınız predmetlə bağlı maksimum informasiya əldə etməyə çalışın. Belə hazırlıqda fayda var. İstənilən formada gözlənlməz hadisəni sürpriz kimi qarşılamayın.
Yeni layihələrin reallaşdırılmasını ertələyin. Günün ikinci yarısında uzunmüddətli səfərə çıxmayın.
Axşam saatlarını sakit şəraitdə, ailə üzvləri ilə birlikdə keçirin. Sevdiyiniz insan sizi dəstəkləyəcək.
Subaysınızsa, aradığınız insanı tapacaqsınız.
Qız - qrup və korporativ maraqları ümdə məsələ sayaraq yaxınlarınızın mənafelərini unutmayın. Əsas məsələ mənfəət deyil. Bütün fəaliyyətinizi, sadəcə, gəlir əldə etmək üstündə kökləməyin. Saatlar keçdikcə enerjiniz artmalıdır.
Aktiv olun, problemlərin həllində yeni ideyalardan yararlanın.
Praqmat davranın.
Günün ikinci yarısında yaxınlarınızın mübhəm saxlamağa çalışdıqları məqamları nəyin bahasına olursa-olsun, öyrənməyə çalşımayın. Tərəfdaş və ya şəriklə dost münasibətlər qurun. Belə münasibətlərin yaxşı perspektivləri var.
Tərəzi - daşınmaz əmlak və ərzaqla bağlı əməliyyatlar uğurlu nəticə verə bilər. Əldə etdiyiniz nailiyyətlərinizin ətrafınızdakı insanlar tərəfindən təqdirini gözləməyin. Kimsəyə fikir vermədən irəliləyin. Statusunuzu artırın, mövqelərinizi möhkəmləndirin.
Günün ikinci yarısında kütləvi tədbirdə diqqət mərkəzində olmağa çalışmayın. Axşam saatlarında sərt olmayın, aqressiv davranmayın. Nüfuzunuzu korlaya biləcək addımlar atmayın. Yaxınlarınızla qayğıkeş olun. Münaqişəyə və ya dartışmaya yol verməyin.
Əqrəb - maliyyə məsələlərinin çözülməsi üçün yaxşı zamandır. Ailə büdcəsini yenidən planlaşdıranda mövcud situasiyanın təfərrüatlarını nəzərə alın. Yeni bilikləri uğurla əxz edin. Uzaq səfərə çıxmaq olar.
Günün ikinci yarısında sizdən uzaqdakı insanlarla qəfil görüş ola bilər. Layihələrə başlayanda yanınızdakı insanların mənafelərini də nəzərə almağı unutmayın. Vəziyyətdə müəyyən dəyişikdikləri ehtiva edin. Sayıq davranın.
Axşam saatlarında yaxşı istirahət edin, əylənin.
Oxatan - günün ilk yarısında yaşam potensialınız pis deyil. İdeyalarınızı reallaşdırmaq üçün müstəqil fəaliyyət göstərin. Bütün diqqəti özünüzə cəlb etməyə çalışmayın. Kölgədə, arxa planda qalmaq daha məsləhətdir.
Günün ikinci yarısında intuisiyanıza güvənin. Maliyyə məsələlərinin həlli üçün pis zaman deyil.
Ailə büdcəsi ilə bağlı məsələləri yaxınlarınızla müqayisə etməyin. Köhnə, mənasını itirmiş əlaqələri kəsin. Yeni tanışların şirnikləndirici vədlərinə inanmayın.
Oğlaq - hisslərə qapılmayın, emosional davranmayın. Tərəfdaş və ya şəriklə kollektiv fəaliyyətdə yalnız öz maraqlarınızın təminatını düşünməyin. Təcrübənizlə biliklərinizi artırmağa çalışın. Maliyyə məsələlərində diqqətli, sayıq olun.
Günün ikinci yarısında planlarda dəyişikliklər ola bilər.
Ailə üzvləri ilə qarşılıqlı anlaşma həddən ziyadə önəmli məsələdir. Vədlərinizə əməl edin. Mənafelərinizin təminatı üçün yalan danışmayın.
İstəklər toplusu arasında daha rasional və real təsir bağışlayanı seçərək onu gerçəkləşdirməyə başlayın.
Dolça - pozitiv olun, bədbin fikirlərdən uzaq durun. Tənbəllik etməyin. Ailə qayğıları və məişət işlərini plana çıxararaq bilavasitə məşğul olmanız gərəkən məsələləri unutmayın. Alış-veriş üçün münasib zamandır.
Günün ikinci yarısında olayların məcrası pis deyil. Gərəkli istiqaməti seçərək effektiv nəticələr əldə etməyə çalışın. Dəvət aldığınız tədbirə qatılın. Diqqətli olun, ətrafınızdakı insanların nə istədiklərini anlamağa can atın.
Laqeydlik sonradan ağır nəticələr verə biləcək səhvlərə səbəb ola bilər.
Balıqlar - yaradıcılıq, təhsil və maliyyə sahələrində işlər uğurlu olacaq. Təkbaşına qalmaq istəsəniz də, arzunuzu reallaşdırmağa can atmayın. Əyləncə və istirahəti təxirə salın.
Risk etməyin, avantüralara qatılmayın.
Günün ikinci yarısında bədxərclik etməyin. Səhhətinizin qayğısına qalın. Ailə daxilindəki münasibətlərin möhkəmlənməsi üçün birgə fəaliyyətə ehtiyac var.
Axşam saatlarında normal istirahət etməyə çalışın.