"Space” kanalı müğənni Nura Suriyə qoyduğu efir qadağasını götürüb.
AZXEBER.COM xəbər verir ki, 4 ildən çoxdur ki, sözügedən kanala çıxa bilməyən müğənni ötən gün verilişlərin birində qonaq qismində iştirak edib.
Müğənni özü də tez-tez öz səhifəsində kanalları tənqid edən statuslar yazır. Məhz onun "Space” tərəfindən "qara siyahı”ya salınmasının səbəbi də bu olub.
Bundan öncə isə N.Suri ATV-də görünməyə başlayıb. Kanal onun üzərinə qoyduğu qadağanı götürüb.
Qeyd edək ki, Azərbaycan televiziyalarında məşhurlarla bağlı "qara siyahı”ların tərtib edilməsi artıq ənənə halını alıb. Kanal rəhbərliyi ilə fikirləri toqquşan məşhurların həmin kanallara çıxması qadağan edilir.