Meyxana aləminə bələd olan elə şəxs tapılmaz ki onun adını bilməsin, yazdıqlarından bixəbər olsun. Əslində, təkcə meyxana aləminə bələd olanlar deyil, hər birimiz bu sənətkarın yazdıqlarını əzbər bilirik. Sadəcə, həmin sətirləri, misraları onun yazdığından xəbərsizik.
"Çağırsa ellər, gedərəm davaya", "Gözləmişəm, gəlməmisən, mən də nişanlanmışam", "Bakılı balasıyam" və sair bu kimi onlarla meyxanaların, mahnıların söz müəllifi Molla Məhəmməddən danışacağıq.
Əsl adı Məhəmmədqulu olan sənətkar 1950-ci ildə meyxananın beşiyi hesab edilən Maştağa kəndində anadan olub. Uşaqlığı "Sovetski"də və öz kəndlərində keçən gənc 13-14 yaşında ikən yaddaşı, hazırcavablığı, yaxşı mənada hər işə qarışmasıyla seçilir. Elə bu kimi davranışlarıyla da ustadı Hacı Kazım tərəfindən Molla ləqəbini qazanır. Deyilənlərə görə, Hacı Kazım yarızarafat ona tez-tez "mollalıq eləmə" deyirmiş və bu da tədricən meyxanaçının ləqəbinə çevrilir.
14-15 yaşlarında Molla Məhəmməd artıq özündən çox böyük ustadlarla meyxana deyər, hətta onlardan geri qalmazmış. Əfsanəvi sənətkar Nəsibə Zeynalovanın oğlu Cahangir Novruzovla uşaqlıq dostu olan meyxanaçının "Bizim Cəbiş müəllim" filminə dəvət alması da məşhur aktrisamızın adıyla bağlıdır. Belə ki, gənc Məhəmməd "Çağırsa ellər gedərəm davaya"nı yazıbmış və tez-tez özü üçün deyirmiş. Təbii ki, dostu Cahangir də həmin meyxananı bilirdi və anasının həmin ərəfədə müharibəyə həsr edilmiş filmə çəkildiyindən xəbərdar idi. Meyxana Nəsibə Zeynalovaya göstərilir və o filmin rejissoru Həsən Seyidbəyliylə məsləhətləşir. Qərara alınır ki, meyxana filmə salınsın. Səsyazma olur və bundan sonra Molla Məhəmməd filmə çəkilməkdən imtina edir. Oğlu Xəqaninin dediyinə görə, atası necə deyərlər, o dövrdə dost-tanışları arasında olan hörmətini itirməmək üçün filmə çəkilməkdən imtina edir. Yəni, "sən də artist oldun" kəlməsini eşitməmək istəyi Mollanın çəkilişlərdən imtinasına səbəb olur. Ancaq rejissor məhz Molla Məhəmmədin səsini filmə salır.
Meyxanaçı Ağamirzə deyir ki, Molla Məhəmmədin onlarla məşhur meyxanaları, mahnı mətnləri olsa da, çoxları bundan xəbərsizdir.
""Gözləmişəm, gəlməmisən, mən də nişanlanmışam"ı da o yazıb. Rəhmətliyin çox gözəl əlyazmaları var. Deyirdi ki, "Bakılı balasıyam"ı da mən demişəm. Nizami Rəmzi oxuyurdu ki, "Dağlar oğluyam", mən də oxuyurdum ki, "Bakılı balasıyam". Onunla çox məclislərdə olmuşuq. Həddindən artıq iti təbi var idi. Səsi də çox gözəl idi. Onda olan səs bəlkə də yüz meyxanaçıdan birində olub. İndi bəzi lent yazılarını ordan-burdan tapırıq".
Neyçün yaratdın məni pərvərdigara?!
Öldür qurtarım, qaldım avara.
Bu məşhur meyxana da məhz Molla Məhəmmədə məxsusdur .
Bəzi meyxanaçılar kimi Molla Məhəmmədin də yolu məhbəsdən düşüb. Belə ki, 1982-ci ildə Novxanıda bir məclisdə tanımadığı şəxs ona yaxınlaşır və xoşagəlməz sözlər işlədir. Mübahisə yaranır və Molla onu toy çadırının arxasına apararaq iki bıçaq zərbəsi vurur. Çadıra qayıdan meyxanaçı məclis sahiblərinə deyir: "Çadırın arxasında bir nəfəri bıçaqla vurmuşam. Tez xəstəxanaya çatdırın, yazıqdır, ölməsin".
Bu isə meyxanaçının oğlu Xəqaninin dediklərindəndir. Məclis sahibi bir maşınla yaralını xəstəxanaya çatdırır. Başqa bir avtomobillə isə Molla Məhəmmədi aradan çıxarırlar ki, hüquq-mühafizə orqanları onu saxlamasınlar. Təxminən iki il meyxanaçı müxtəlif məclislərdə gizli şəkildə iştirak edir. Ancaq 1984-cü ildə Ağasəlim Çildağla meyxana dediyi məclisdə milis əməkdaşları onu yaxalayırlar. Məhkəmənin qərarıyla ona yeddi il həbs cəzası verilir. Oğlu deyir ki, əslində, vurduğu şəxs şikayətçi olmasaydı, atası daha az cəza ala bilərdi. Amma şikayət olduğu üçün ona yeddi il həbs cəzası kəsilir və beş illik həbsxana həyatından sonra Molla Məhəmməd azadlığa buraxılır.
Oğlu bu barədə danışmaq istəməsə də, öyrəndiyimizə görə həbsxanada olduğu dönəmdə heç bir sənət yoldaşı nə onunla, nə də ailəsiylə demək olar ki, maraqlanmır. Məhz bundan sonra meyxanaçı həmkarlarından incik düşür. Bir daha qeyd edirəm ki, oğlu Xəqani bu barədə qəti şəkildə danışmağa etirzını bildirmişdi.
Deyilənlərə inansaq, hər zaman iti təbi, şirin avazı və fenomenal yaddaşıyla fərqlənən sənətkarın əsəbləri korlanır. Ancaq həmkarı və tərəf müqabili olmuş Ağamirzə deyilənləri təkzib edir:
"Mən onda bir şey görməmişdim. Həbsdən çıxandan sonra da əvvəlki kimiydi. Şirin, balaca adam idi. Ağasəlimlə dəhşət bir meyxana deyiblər. "Yadıma düşmür harda görmüşəm səni" qafiyəsi Molla Məhəmmədin qafiyəsidir. Ağasəlimlə super meyxana deyiblər. Allah hər ikisinə rəhmət eləsin. Bugünkü meyxanaçılardan Maştağalı Balaəlinin meyxanası, həm də zahiri görünüşü ona oxşayır. Onun səsində rəhmətlik Elçin də var idi".
Mərhum meyxanaçı Elçindən söz düşmüşkən, bu iki söz ustadının dostluğu barədə mütləq danışmaq lazımdır. Elçin Molla Məhəmməddən təxminən iyirmi yaş balaca olsa da, dostluq edirdilər. Hətta Elçin Mollanı öz ustadı bilirdi. Məşədi Baba ilə Elçin arasındakı məlum davadan sonra Elçinin həyatını itirməsi Mollaya çox pis təsir edir. Hətta baş verən hadisəyə meyxana da ithaf edir:
Məşədi Baba, sən bizi saldın dara,
Vurdun Elçinimə sağalmaz yara.
Molla Məhəmməd təmtəraqdan, dəbdəbədən tamamilə uzaq biriymiş. Hətta oğlunun dediyinə görə yetərincə pul qazanan atasının heç vaxt şəxsi avtomobili də olmayıb:
"Deyirdi ki, kəndin bütün maşınları mənim maşınımdır. Kimə hara desəm aparır. Amma təsbeh həvəskarı idi. Evdə bəzi təsbehləri qalır. Və bir də xeyli əlyazmaları var. Əgər çap olunsa 2-3 kitab edər".
Molla təkcə meyxanaçılarla deyil, dövrünün məşhur xanəndələriylə də dostluq edirmiş. Ən yaxın dostu isə mərhum Səxavət Məmmədov imiş:
"Atamın dostları çox idi. Əksəriyyəti də sənətkarlar idi. Tez-tez evimizə gəlirdilər. Amma biz atamızın üzünü çox görmürdük. Məclisdən gec qayıdırdı, səhər də durub məclisə gedirdi".
Qəribədir ki, dostları nə qədər çox olsa da, ömrünün son günlərini yataq xəstəsi kimi keçirən sənətkarı elə öz doğulduğu kənddən olan meyxanaçılar yada salır. Və o 2010-cu ilin 23 fevral tarixində uzun sürən xəstəlikdən sonra vəfat edir. Allah rəhmət eləsin!