Ötən gecə "Maşın" realiti şousunun "Xanımlar və Cənablar" buraxılışının qalibi məlum olub. Finalda Xatunun maşından əlini götürməsindən sonra "Maşın"ın XV sürətinin qalibi Talıb Taleh olub.
Milli.Az xəbər verir ki, Xatunun maşından əlini çəkdiyi an dediyi sözlər ekran önündə və studiyada əyləşən tamaşaçıları kövrəldib. Belə ki, gecə yarısı xanım ifaçı Talıba "Mən getmək istəyirəm" deyib. Talıb isə Xatundan getmək istəməsinin səbəbini soruşub.
Xatunun cavabını təqdim edirik:
"Məndən çox sənin ehtiyacın var bu maşına. İstəsəydim, oynayardım sənlə. Ən əsas da ki bu maşınla "papa"nın yanına gedərsən, inşallah. Bir də artıq maşın olandan sonra evlən. Xeyirli olsun!".
Müğənni sözlərini bitirəndən sonra əlini maşından çəkib.
Qeyd edək ki, dializ xəstəsi olan Talıbın atası Göygöl rayonunda yaşayır.