Sosial şəbəkələrdə Azərbaycanda məktəbdə tədris edilən dərsliklərdən birində növbəti rüsvayçılığın yer alması barədə xəbər yayılıb.
"Ölkə.Az" xəbər verir ki, 10-cu sinif şagirdləri üçün rus dilindəki "Azərbaycan tarixi" kitabında yer almış xəritədə dənizdən dənizə "Böyük Ermənistan" dövlətinin mövcud olduğu göstərilib. Həmin xəritəyə əsasən, Azərbaycanın, İranın, Gürcüstanın və Türkiyənin ərazilərinin bir hissəsi guya vaxtilə Ermənistan adlı dövlətin tərkibində olub.
Qeyd edək ki, 9 nəfərin müəllifi olduğu dərslik 2017-ci ildə Bakıda çap edilib və 7000 tirajla yayılıb.