5 ildən başlayan həbslər, yüksək təzminatlar və qamçı cəzası...
Son vaxtlar Azərbaycan mətbuatında zorlama xəbərlərinin sayı artıb. Beyləqanda baş verən dəhşətli hadisədən - bir məktəbli qızın 3 il boyunca sinif yoldaşları tərəfindən zorlanmasından sonra cəmiyyətdə bu sayaq hallarla bağlı şikayətlər çoxalıb. İlkin yaranan fikir budur ki, bu cür xəbərlər çoxaldıqca cəmiyyətdə ona qarşı immunitet yaranır, bunu yaratmağa çalışırlar.
Xüsusən də baş vermiş hadisələrdə serialların məsuliyyət payını görənlər də az deyil. Türkiyənin “Kanal D” kanalında “Fatmagülün suçu nə” serialı 4 oğlanın bir qızı zorlaması, ardınca isə oğlanlardan birinin həmin qızla ailə qurub, xoşbəxt olması ssenarisi insanların hadisələrə yanaşmasında, dözümündə, reaksiyasında bir fərqlilik yaradır.
Oxucular niyə bu xəbərlərə meyl edir, daha çox oxuyur?
Amma oxucular arasında da bu sayaq xəbərlərlə maraqlananların sayı xeyli artıqdır. Zorlama xəbərləri saytlarda, xəbər verilişlərində ən çox diqqət görənlər kateqoriyasındadır. Bunun bir neçə səbəbi var. Evində azyaşlı uşağı olan və ya ailəli adamlar belə xəbərləri oxumaqla özlərini bir növ bu hadisələrdən sığortalamağa çalışırlar. Yəni cinayətkarın hansı psixologiya və strategiya ilə hərəkət etdiyini bilmək üçün bu xəbərləri oxumaq bir növ şərtdir. Yəni valideyn xəbərləri oxumaqla bir növ övladını hansısa formada qoruyur, onu bu cür manyaklardan uzaq tutmaq üçün təlimatlandırır. Bir sözlə, bu xəbərlərin yüksək reytinqlə oxunmasını təkcə “bəzi insanların cinsi aclığı” ilə əlaqələndirmək doğru deyil.
Qadın zorlamasına görə lider - Hindistan
Rəylərə keçmədən xatırladaq ki, ümumən dünya ölkələri arasında qadınların zorlanması üzrə lider ölkə Hindistandır.
Hindistanda yerli və xarici qadınların zorlanması artıq adət halına çevrilib. Çoxmillətli ölkədə hər 20 dəqiqədən bir qadın zorakılığına rast gəlinir. Təqdim olunan hesabata əsasən, Hindistanda zorlama halları 2010-cu ildən bəri 7,1 faiz artıb. Həmçinin o da qeyd olunur ki, Hindistan dünyada yeganə yerdir ki, bir qadın oraya getməzdən öncə iki dəfə düşünməlidir.
Psixoloji araşdırmalar isə müəyyən edib ki, ümumən cinsi təcavüzün kökündə psixoloji problemlər dayanır. Zorlamaya məruz qalanlar əksər hallarda bu faktı gizlədir. Bu da gələcəkdə daha da ağır nəticələrə gətirib çıxarır.
Hətta evində, həyat yoldaşı tərəfindən təcavüzə uğrayan qadınlar da var ki, bu halların əsas psixoloji səbəbi cinsi səmimiliyin olmamasındadır. Araşdırmalara görə, cütlüklər arasında cinsi səmimiyyət olmayanda ailədə heç nə harmoniya yarada bilmir. Eyni zamanda bura sosial-maddi çətinlikləri, kənar müdaxilələri də əlavə etmək olar. Maddi problemlər qadını işləməyə vadar edir və beləcə ailədə əri ilə narazılıq yaranır. Ər evi tam təmin edə bilmədikdə daha da aqressivləşir, sanki öz qəzəbini ən yaxında olanlara tökür.
Avropa və Amerikada təcavüz cəzaları - həbs, yüksək təzminat və...
Amma inkişaf etmiş dünya ölkələrində zorlama ilə bağlı bir-birindən fərqli cəzalar tətbiq olunur. Almaniyada cinsi cinayətlərlə bağlı qəbul edilən qanuna görə, qurbanın özünü aktiv şəkildə qoruya bilmədiyi bütün cinsi şiddət hadisələri təcavüz kimi cəzalandırılır. Belə ki, qurbanın mimika və sözlü ifadə ilə cinsi aktı istəmədiyini bildirməsi cəzalandırmaya birbaşa əsas yaradır. Qurbanın “yox” deməsinə baxmayaraq, onun istəyi xaricində edilən cinsi aktın cəzası 5 ilə qədər həbs cəzası ilə müşayiət olunacaq.
Türkiyədə isə cinsi xarakterli sözlər də cinsi istismar kimi xarakterizə olunur. Amma Türkiyədə cinsi cinayət törətmiş şəxsin cəzalandırılması üçün buna məruz qalan şəxsin şikayətçi olması vacibdir. Cinsi istismara yol verən şəxs 2 ilə qədər həbs cəzası ilə cəzalandırılır. Amma fiziki təmasın gerçəkləşdiyi cinsi istismar cinayətləri 2 ildən 10 ilə qədər həbs cəzasına layiq görülür. Cinayətkarın cəzalandırılması üçün cəhdin cinsi münasibətlə nəticələnməsi vacib deyil. Məsələn, təcavüzə təşəbbüs və ya əllə toxunmaq cinsi hücum olaraq qəbul edilir. Təcavüz isə ayrı bir kateqoriyada qiymətləndirilir və onun cəzası 7 ildən 12 ilə qədər həbsdir.
Fransa
Fransada cinsi cinayətlərlə bağlı Almaniyada qəbul ediən qanun layihəsinə bənzər bir düzənləmə var. Fransadakı qanunda təcavüzün miqyası geniş tutulur. Təhdid və ya “ani” cəhdlərlə cinsəlliyə zorlayıcı hərəkətlər təcavüz kateqoriyasında qiymətləndirilir. Bunun cəzası isə 20 ilə qədər həbslə yekunlaşır. Sözlə təkrarlanan cinsi istismarlar isə yüksək pul cəzaları və 2 ilə qədər həbs cəzasını özündə əks etdirir.
İtaliya
İtaliyada cinsi cinayətlərlə bağlı sərtləşdirilmiş qanunun qüvvəyə minməsinin üstündən xeyli vaxt keçib. 1996-cı ildəki qanuni düzəlişlər qüvvəyə minənə qədər evlilikdəki cinsi zorakılıqlara göz yumulurdu. Amma 20 ildən artıqdır ki, evlilik içindəki cinsi zorakılıqlar da daxil olmaqla, digər zorlama xarakterli cinayətlər 10 ilə qədər həbs cəzası ilə yekunlaşdırılır.
İsveçrə
İsveçrədə isə cinsi münasibət xaricindəki bütün arzu edilməyən cinsi davranışlar “cinsi zorlama” olaraq adlandırılır. Amma nəzərdə tutulan cəzalar eynidir: 10 ilə qədər həbs. Hər iki hadisənin gerçəkləşdiyini demək üçün də qurbanın müdafiə halında, cinayətkarın isə müqavimətə şüurlu şəkildə qarşı gəlməsi təsdiqlənməlidir. Psixoloji təzyiq də zorlayıcı hərəkətlər kimi xarakterizə olunur. İsveçrədə ümumiyyətlə, 2004-cü ildən etibarən evlilik daxilində baş tutan təcavüzlər cəzalandırılır.
İsveç
İsveç qanunlarına görə, bədənin çılpaq şəkildə qoyulması 2 ilə qədər həbs cəzasını nəzərdə tutur. Müdafiəsiz vəziyyətdə olan bir insandan - sözügedən şəxs yuxuda və ya narkotikin təsiri altında olanda - faydalanmaq təcavüz olaraq qiymətləndirilir. 2013-cü ildə dəyişdirilən bir qanunla qorxduğu üçün özünü qoruya bilməyən və ya uyumu pozmamaq təzyiqi altında qarşı-qarşıya gələn insanlara yönəlmiş cinsi aksiyalar da artıq təcavüz olaraq qiymətləndirilir.
ABŞ
ABŞ-da isə cinsi cinayətlərlə bağlı qanuni düzənləmələr ştatlara görə fərqlilik göstərir. Amma ştatlar arasındakı fərq böyükdür. Bəzi ştatlardakı qanunlar olduqca liberal özəlliklər daşıdığı halda, bəziləri xeyli konservativdir. Kaliforniyada 2014-cü ildən bəri qüvvədə olan qanunda “Bəli, bəli deməkdir” qanunu keçərlidir. Buna görə də hər iki partnyorun cinsi akt öncəsi “hə” deməsi, ən azından mimikaları ilə razılıq verməsi vacibdir. Ancaq bu qayda hər kəs üçün keçərli deyil. Sadəcə dövlət universitetində təhsil alan şəxsləri əhatə edir. Çünki ABŞ-da xüsusən universitetlərdə cinsi cinayətlərin faizi diqqətçəkən şəkildə yüksəkdir.
Amerikanın keçmiş prezidenti Barak Obama məhz bu mövzuda müəyyən çıxışlar etmişdi. Ağ Saray 2014-cü ilin sonunda məktəb yoldaşları tərəfindən cinsi zorlama ilə qarşı-qarşıya qalanların səssiz qalmaması üçün çağırış etmişdi.
Səudiyyə Ərəbistanı
Səudiyyə Ərəbistanında isə cinsi cinayətlər çox ağır cəzalara məruz qalır. Təcavüz cinayətinin cəzası edamdır. Amma cəzanın miqyası, təcavüz edənin evli və ya subay olmasına görə dəyişir. Evli kişilər sərt cəzalar alır. Amma Səudiyyə Ərəbistanında qurbanın təcavüz zamanı aktiv durumda olduğu təsdiqlənərsə, qurban da cəza ala bilər. Ərindən qeyri bir şəxslə görüşdüyü zaman təcavüz baş tutarsa, bu halda qadın da həbsə göndərilə və ya qamçı cəzası ala bilər. Bir çox ərəb ölkələrində təcavüz edən şəxs evli olduğu halda cəza ala bilir.
Zorlama xəbərlərinin artması şüuraltı infeksiya yaradır
Araşdırmalar sübut edir ki, KİV-də belə məlumatların çoxalması və çılpaq şəkildə təqdim edilməsi cəmiyyətdə zorakılığa meylləri artırmaqla yanaşı, oxucu və ya tamaşaçılarda müəyyən psixoloji xəstəliklər də yaradır. Bəzən avtomobil qəzasında insan vəfat edir, onun ölüm prosesini və ya cəsədini yaxın planda göstərirlər. Ona baxan insan psixi travma alır, müxtəlif fobiyalar (qorxular) yaranır. Məsələn, ölüm qorxusu, avtomobilə minmək, yola çıxmaq, televiziyaya baxmaq, xəbər oxumaq və sair yüzlərlə belə qorxular yarana bilər. Bu məqamlara diqqət etmək lazımdır.
Belə xəbərlərin çoxalması elə zorakılığın təbliği deməkdir. Buna şüuraltı infeksiya deyilir. İnsan zaman-zaman o yola getməyə başlayır. Zorakılıqlarla bağlı məlumatları mütəmadi yaymaqla əslində biz insanları həmin yola sürükləyirik. Bu zəhərlənmə isə günlərin birində mütləq öz acı fəsadlarını göstərir. Məsələn, rəsmi məlumatlara görə, son zamanlar Azərbaycanda ailədaxili münaqişələrin sayı artıb. Ağır cinayətlər də əsasən ailədaxili münaqişələr zamanı baş verir.