Dünən saat 15:00 radələrində "Gazelli Group" şirkətinə məxsus dəftərxana məhsullarının saxlanıldığı anbarların birində yanğın baş verib.
Hadisə baş verdiyi zaman şirkətin bütün əməkdaşları dərhal təxliyyə edilib, əraziyə Fövqəladə Hallar Nazirliinin Yanğın Söndürmə Xidmətinin əməkdaşları cəlb edilib. Təxminən bir saat ərzində yanğın tamamilə söndürülüb.
Qeyd edək ki, yanğın olan anbarda çoxlu sayda kağızlar, broşurlar və digər dəftərxana məhsulları olub.
"Sosial şəbəkə və bəzi KİV-lərdə anbarda kimyəvi maddələrin olması və insanların həyatına təhlükə yaratması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.
Vurğulamaq istərdik ki, şirkətimizdə hər altı həftədən bir texniki baxış keçirilir. Hadisənin nədən baş verdiyi hələlik məlum deyil, araşdırma aparılır, nəticələr məlum olanda, ictimaiyyətə məlumat veriləcəkdir. Bir də qətiyyətlə bildirmək istərdik ki, hadisə zamanı şirkət əməkdaşlarından heç kim zərər çəkməyib və xəsarət almayıb", - Şirkətin məlumatında deyilir.