Göyçay şəhər 2 saylı orta məktəbinin şagird və müəllimləri 15 sentyabr Bilik günü münasibətilə gözəl hədiyyə alıblar. 500 şagirdin təhsil aldığı bu məktəb yeni dərs ili ərəfəsində əsaslı şəkildə təmir edilib.
Məktəbin binası, belə demək mümkünsə, özülündən təmir olunub, damı, döşəməsi, qapı-pəncərələri dəyişdirilib, istilik, su və elektrik sistemi yenilənib, həyəti abadlaşdırılıb. Hər bir sinif otağında 12 kompüter, yeni elektron lövhələr quraşdırılıb, bütün mebellər təzələnib. Mətbəx və idman zalı da müasir standartlara uyğun təmir edilib. Məktəbin qarşısında onun bu tədris ocağının məzunu, şəhid Elton Əkbərovun adını daşıdığını bildirən lövhə də dəyişdirilib.
Qeyd edək ki, bu məktəb həm də tanınmış biznesmen, rusiyalı senatorlar arasında hələlik yeganə azərbaycanlı olan Fərhad Əhmədovun bir vaxtlar təhsil aldığı tədris ocağıdır. Bir vaxtlar şəhid Elton Əkbərovla bir partada oturan Fərhad Əhmədov 5 yaşından 15 yaşa qədər yaşadığı doğma şəhəri, müəllimləri və uşaqlıq dostları qarşısındakı borcunu unutmadığını deyərək doğma məktəbinin təmirini öz üzərinə götürüb. Hazırda onun yardımı ilə şəhər stadionu da əsaslı təmir olunur. Daha sonra isə Göyçay şəhər 7 saylı məktəbinin və uşaq bağçalarının təmirinə başlanılacaq.
Sentyabrın 15-də, – bu, həm də Fərhad Əhmədovun ad gününə təsadüf edib, – keçirilən açılış mərasimində Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə, bu rayondan seçilmiş millət vəkilləri Elman Nəsirov və Sabir Hacıyev, “Aznar” şirkətinin baş direktoru Teymur Əhmədov, Göyçay Rayon Təhsil İdarəsinin müdiri, rayon ziyalıları iştirak ediblər. M.Səlimzadə F.Əhmədovun Göyçayda aparılan abadlıq-quruculuq işlərindəki xidmətlərindən danışıb. Deputat E.Nəsirov məktəbin təmirdən sonrakı açılışını Bilik gününə ən böyük hədiyyə adlandırıb.
Məktəbin direktoru Fatma Həmidova isə təhsil ocağının keçdiyi yoldan danışıb, onun tanınmış məzunlarından söz açıb, F.Əhmədova doğma məktəbini unutmadığına görə təşəkkür edib. “Aznar”ın nümayəndəsi Fərəc Əhmədov şirkətin bu cür xeyriyyəçilik aksiyalarını bundan sonra da davam etdirəcəyini bildirib. Daha sonra qonaqlar məktəbi gəzərək sinif otaqları ilə yeni avadanlıqlarla tanış olublar. Tədbir məktəbin bədii kollektivinin çıxışı ilə başa çatıb.