Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyi N saylı hərbi hissənin sursat anbarında baş vermiş partlayışla əlaqədar Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA), Fövqəladə Hallar Nazirliyi və Daxili İşlər Nazirliyi Daxili Qoşunları tərəfindən birgə təmizləmə əməliyyatları keçirilib.
ANAMA-dan "Qaynarinfo"ya verilən məlumata görə, avqustun 30-da hərbi hissənin ətrafına, 4 evin həyətyanı sahəsinə, 1 evin zirzəmisinə, ferma ərazisinə, hərbi şəhərciyin məktəbinin meydançasına, otlaq və əkin sahəsinə baxış keçirilib, 131 ədəd partlamamış hərbi sursat, 29 kq yandırma və 29 ədəd partlamış-yanmış sursat qalıqları aşkar olunaraq götürülüb, nəticə etibarilə 860 min 500 kvadratmetr ərazi yoxlanılıb.
Ümumiyyətlə, 4 gün ərzində 11 evə, 16 evin həyətyanı sahəsinə, 3 ferma ərazisinə, 2 əkin sahəsinə, 2 otlaq sahəsinə, 2 məktəb ərazisinə, 3 dəmir yolu xəttinə, 1 rabitə qovşağına, 1 telestudiya ərazisinə, 1 kənd qəbiristanlığına, 1 su kanalına, 1 istixanaya, 1 hərbi şəhərciyə, 1 kənd məscidinin yaxınlığına, 1 yol kənarına baxış keçirilib, 4 861 115 kvadratmetr (486.11 hektar) ərazi yoxlanılıb, 250 ədəd partlamamış hərbi sursat, 349 kq yandırma və 293 ədəd partlamış-yanmış sursat qalıqları aşkar olunaraq götürülüb.
Bununla yanaşı, Xızı rayonun Giləzi qəsəbəsi, Stalçay və Şurabad kəndləri ərazisində 1271 nəfər yerli sakin arasında mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.