Milli Məclisin 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən seçilmiş deputatı Astan Şahverdiyev Baş nazirin müavini, həmyerlisi, “Qaçqınkom”un sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevə məxsus “10-PP-203” dövlət qeydiyyat nişanlı “Mercedes Galendevagen” avtomobilinin qəza törətməsi ətrafında yaranan qalmaqalla bağlı “Ölkə.Az” xəbər portalına müsahibə verib.
Gundem.ws həmin müsahibəni oxuculara təqdim edir:
“O maşının milyonluq qiyməti yoxdur”
– Avqustun 3-də axşam Nail Allahverdiyevə məxsus “10-PP-203” dövlət qeydiyyat nişanlı avtomobilin paytaxt ərazisində dəhşətli qəza törətməsi sosial şəbəkələrdə böyük səs-küyə səbəb olub. Bir çox insanlar bu hadisədə Nail Allahverdiyevin babası olan Baş nazirin müavini Əli Həsənovu təqsirli bilirlər. Bu məsələyə sizin münasibətiniz necədir?
– Əli müəllimə qarşı səsləndirilən bütün bu kimi ittihamlar cəfəngiyyatdır və heç bir əsası yoxdur. Əvvəla, Nail Allahverdiyev Əli Həsənovun oğlu deyil, nəvəsidir. Digər tərəfdən isə qəza törədilən zaman nəvəsi maşında olmayıb, evdə olub. İndi də bir sıra saytlar ağıllarına gələni yazırlar ki, guya qəzanı nəvəsi törədib və sairə. Bütün bunlar yalandır. Mən Əli müəllimi və ailəsini gözəl tanıyıram. Onlar çox sadə və halal insanlardır. Əli Həsənovun rəhbərlik etdiyi Dövlət Komitəsi də Azərbaycanda ən şəffaf qurumlardan biridir.
Saytlar Əli müəllimin nəvəsinə məxsus maşına yüksək qiymətlər qoyurlar. O maşının milyonluq qiyməti yoxdur. Ümumiyyətlə, o hadisədə Nail Allahverdiyevin təqsiri yoxdur. Qəza zamanı maşında Əli müəllimin nəvəsi deyil, sürücü olub. İndi bunu şou etməyin nə mənası var? Bilirsiniz, bu cür ucuz şoular yaratmaqla insanları hörmətdən salmağa çalışırlar. Ancaq Əli Həsənovu hörmətdən salmaq mümkün deyil. Çünki Əli Həsənov cənab Prezidentə, dövlətə və dövlətçiliyə sadiq adamdır. Ola bilsin ki, bu cür yazılar kiminsə sifarişidir. Mən bunu dəqiq araşdıra bilmərəm. Ancaq hər halda bütün bunlarla süni qalmaqal yaratmaq yaxşı hal deyil. Azərbaycanda söz və mətbuat azadlığı varsa, bu o demək deyil ki, sən ağlına gələni yazmalısan. Deməzdim ki, bu cür yazıların arxasında təkcə müxalifətçilər dayanır. Əli Həsənovun cənab Prezidentə, dövlətə və dövlətçiliyə sadiqliyi bəzi adamları narahat edir. Əli müəllim cənab Prezidentin rəhbərliyi altında böyük işlər görüb, məcburi köçkünlərlə bağlı güclü və şəffaf idarəetmə sistemi yaradıb. Bütün bunları heç zaman ləkələmək olmaz.
“Prezidentə, dövlətə və dövlətçiliyə Əli Həsənov kimi sadiq olan adam azdır”
– Hazırda Nail Allahverdiyevin 21 yaşı var və sosial şəbəkələrdə də narazılıq onun bu yaşda böyük var-dövlətə necə sahib ola bilməsi ilə bağlıdır...
– Nail Allahverdiyev Əli Həsənovun qız nəvəsidir. Nailin atasının kifayət qədər imkanı, işi-gücü var. Digər tərəfdən isə Nail savadlı, fərasətli gəncdir, öz ağılı, zəhməti hesabına pul qazanmağı bacarır. Yaşa görə adamın fərasətinə qiymət vermək doğru deyil. Nə olsun ki, onun 21 yaşı var? Bəs Bill Qeyts neçə yaşında milyonçu olub? Bu cür qiymətləndirmə aparmaq ucuzluqdur. Niyəsə o yazını yazan adamların qəlbində böyük paxıllıq və xəbislik var. Əksinə, qabağa gedənə dayaq olmaq lazımdır. Daha ayağından çəkmək lazım deyil. Yadınıza gəlirsə, mənim də bir sözümü necə şişirdib ölkənin gündəminə çevirmişdilər. İndi Əli müəllimlə də bağlı bunu etmək istəyirlər. Bu cür məsələlərdə Əli müəllimin adını hallandıran adamlar heç bir normal çərçivəyə sığmırlar. Bu gün Azərbaycanda ölkə Prezidentinə, dövlətə və dövlətçiliyə Əli Həsənov kimi sadiq olan adam azdır. Əli müəllim qaçqın və məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması, onlar üçün evlərin tikilməsi ilə bağlı çox şəffaf idarəetmə sistemi yaradıb. Bunu çox adam bacarmır. Elə son vaxtlar Cocuq Mərcanlıda evlərin necə şəffaf formada paylanılması dediklərimə misaldır. Evlərin hamısı püşkatma yolu ilə paylanılıb. Mən bütün bu cür yazıların əleyhinəyəm və hesab edirəm ki, Əli müəllim haqqında yazılan bu qarayaxma xəbərlərin heç bir əsası yoxdur. Həmin adamlar Əli müəllimin onları məhkəməyə verməyəcəyindən sui-istifadə edirlər. Vaxtilə məni də təhqir edənləri məhkəməyə vermədim. Çünki onların səviyyəsinə düşmək istəmədim.
“Qəza ilə bağlı Əli müəllimin və nəvəsinin günahı yoxdur”
– Baş verənlərdən sonra Əli Həsənovla əlaqə saxlamısınızmı? Yəni, nəyə əsasən deyirsiniz ki, Nail Allahverdiyev hadisə baş verən zaman orada olmayıb?
– Xeyr, əlaqə saxlamamışam. Saxlayıb nə deməli idim? Deməli idim ki, sizdən belə şeylər yazırlar? Axı nə Əli müəllimin, nə də nəvəsinin bu hadisədə günahı yoxdur. Ancaq qəza baş verən zaman Əli müəllimin nəvəsi orada olmayıb, öz evində olub. Açığı mən o maşını da görməmişəm. Amma deyirlər ki, qəzanı “cip” “Mercedes-Benz” avtomobili törədib. Digəri isə rus avtomobili olub.
“Əli Həsənovun nəvəsi həmin günü evində olub”
– Yayılan xəbərlərə görə, Nail Allahverdiyevə məxsus “Mercedes-Benz” avtomobili qırmızı rəngli bahalı avtomobillə ötüşürmüş. Qəza da bu zaman törədilib...
– Xeyr, yalan söhbətdir. Heydər Əliyev prospektində kim ötüşür? Bütün bunlar cəfəngiyyatdır. İndi cavan uşaq olduğu üçün hamı elə bilir ki, ötüşürmüş. Mən sizə bir misal göstərim. Bəzən maşınla harasa gedəndə görürsən ki, yol polisi cavan uşaq sürən maşını daha çox saxlayır. Amma yaşlı adamları saxlamır. Onları cavan olduqları üçün saxlayır. Düşünür ki, bunlar avtoşluq edə bilər. Ona görə də hamının dilinə bir söz düşüb ki, filankəsin oğlu, nəvəsi avtoşluq edirmiş. Bu bir hadisədir və hər kəsin başına gələ bilər. Mən yenə deyirəm ki, Əli Həsənovun nəvəsi həmin günü evində olub. Bunu sübut etmək üçün nə qədər şahid desən var. Bu hadisəyə sevinmək lazım deyil, bundan təəssüflənmək lazımdır. Belə hadisə hər adamın başına gələ bilər.