Ona etibar edilən bütün postlarda Tahir Yusifov özünü doğruldub

Ona etibar edilən bütün postlarda Tahir Yusifov özünü doğruldub Suvarmaya olan indiki tələbat Sovet dövründəkindən köklü şəkildə fərqlənir. Aqrar sahənin perspektiv inkişafında bu fərqlənmə nəzərə alınmalıdır. Kollektiv təsərrüfat dövründə torpağın bir hissəsi dincə qoyulur, digər hissəsində əkin aparılır, fəslin müəyyən aylarında ümumiyyətlə, suvarmaya ehtiyac yaranmırdı. İndi isə vəziyyət dəyişib. Əkin sahələri pay torpağı kimi fermerlərə paylanıb. Öz torpağında fermer öz ailə ehtiyaclarına lazım olan mümkün sayda çox növdə bitkilər əkib becərir. Belə olduqda əkin sahəsində ilboyu suvarma suyuna ehtiyac yaranır. Bu isə meliorasiya və suvarma sistemində müəyyən gərginlik yaradır. Əlavə vəsait sərf olunur, əldə olunan məhsulun maya dəyəri baha başa gəlir. Gələcəkdə bütün təsərrüfatlarda əkin fikrimcə müəyyən sistem şəklində, planlı, aqronom məsləhəti ilə aparılsa, daha məqsədəuyğun olar. Buna baxmayaraq, biz, bütün imkanlardan istifadə edib fermerlərin ilboyu suvarma suyuna olan tələbatını lazımınca ödəyirik. İşçilərimiz daima sahələrdə olur, fermerlərin yüksək məhsul əldə etmələri üçün öz tövsiyyələrini verirlər. Salyan rayon İcra Hakimiyyətinin və Respublika Meliorasiya və Su Təsərrüfatı ASC rəhbərliyinin bu işdə yaxından köməyi əvəzsizdir. Kollektivimiz bu diqqət və qayğının müqabilində daha da əzmlə çalışır, mövcud su mənbələrindən daha səmərəli istifadə etməklə hər bir sahədə bol məhsulun yetişdirilməsinə nail olmaq əzmindədir.
Belə bir deyim var: Hər hansı vəzifə kürsüsü insan üçün həm də özünüifadə və özünütəsdiq vasitəsidir. Bu mənada, Tahir Yusifov Salyan Suvarma Sistemləri İdarəsinin rəislik fəaliyyətinə ilk gündən işində layiqli xidmət vasitəsi kimi yanaşaraq ona göstərilən etimadı layiqincə doğrultmağa çalışdı.

P.S. Bəzi media qurumları şikayət ediblər ki, Salyan Suvarma Sistemləri İdarəsinin rəisi Tahir Yusifovu tərifləyirlər...Həmin media qurumlarına çatdırırq ki, Biz Gedib gördüklərimizi yazırıq...

Mən isə çalışacam ki, bəziləri kimi eşitdiklərimə yox, gördüklərimə əsaslanım, eşitdiklərimdən vaz keçim. Özünə jurnalist deyən hər kəs də gərək belə etsin. Gördüklərini, müşahidə etdiklərini yazsın: “Etibarlı mənbə”yə etibar etməsin. Əsas məqsədə keçmədən onu qeyd etmək istərdim ki, sosial şəbəkələrdə sayt, portal, informasiya agentliyi adına çirkli yuva quran bir sıra jurnalistikaya ləkələr Salyanda, ümumilikdə ölkəmizdə müsbət bir şey görmürlər. Çünki onlar mənəvi kordular. Divin canı şüşədə olan kimi, onların təsisçiləri, baş redaktorları və bütün əməkdaşlarının canı da şərdə, böhtanda, iftirada, mənəviyyatsızlıqda, satqınlıqda, goreşənəlikdə, ayaq altı qazımaqda, maddi hərislikdədir.

Mətləbi deyəsən bir az uzatdım. Obyektiv oxuculardan üzr istəyirəm. Məqsədə gəlirəm. Salyan Suvarma Sistemləri İdarəsinin rəisi Tahir Yusifovun fəaliyyətinə kölgə salmaq istəyənlərin mənəviyyatı, keçmişi, bu günü kölgəlidir, əxlaqı ləkəlidir. Axı mən də salyanlılar kimi Tahir Yusifovu çox yaxşı tanıyıram. Rəhbərliyin tutduğu yol isə çox aydın və düzdür. Məramı, məqsədi cənab Əhməd Əhmədzadənin tapşırıq, göstəriş və tövsiyələrini məsuliyyətlə icra etməklə rayon əhalisinə xidmət göstərməkdir. Nəticələr isə göz qabağındadır .

Salyan Suvarma Sistemləri İdarəsinin rəisi Tahir Yusifov vəzifəyə gəldiyi gündən görülən işlərin siyahısına nəzər salanda həyata keçirilən genişmiqyaslı işlərin bariz nümunəsini görmək olar.

Ona etibar edilən bütün postlarda Tahir Yusifov özünü doğruldub. Bizdə hörmətli Tahir Yusifovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.


Oxşar xəbərlər