Bir neçə aydır pəhriz saxlayan, həmçinin idmanla ciddi şəkildə məşğul olan Aygün Kazımovanın son halı görənləri sözün əsl mənasında heyrətləndirib.
Publika.az xəbər verir ki, bu il səhnə fəaliyyətinin 30 illiyi tamam olan Xalq artisti Aygün Kazımovanın konsert hazırlıqları bütün sürətilə davam edir. Artist konserti ərəfəsində pərəstişkarlarını “Hey gidi” günlər adlı mahnısına çəkilən klipi ilə sevindirməyə hazırlaşır.
O, kliplin ilk görüntüləri sosial şəbəkədə paylaşıb. Müğənninin yeni ekran işi bu yaxınlarda hazır olacaq.
Qeyd edək ki, müğənni yaradıcılığının 30 illiyi münasibətilə sentyabr ayının 22-i Azərbaycanın ən böyük konsert salonu olan "Crystal Hall"da solo konsert proqramı ilə çıxış edəcək. Konsert layihəsi üzərində dünyanın bir çox ölkələrindən, o cümlədən, İtaliya, Portuqaliya, Fransa, İngiltərə, Rusiya, Gürcüstan və Türkiyədən səs rejissoru, xoreoqraf, rejissor, rəqqas, prodüser və digər peşəkar işçi heyəti Bakıya gələcək.