Fəhlə ölür, maaş kəsilir... Mayamidə ev alan “BOS Shelf” müdirindən maxinasiyalar - Təfərrüat

Fəhlə ölür, maaş kəsilir... Mayamidə ev alan “BOS Shelf” müdirindən maxinasiyalar - Təfərrüat “BOS Shelf” LLC-in baş direktoru İxtiyar Axundov Mayami-Beach çimərliyi ilə üzbəüz yerləşən 40 mərtəbəli "The Setai Condo Miami Beach” elit kompleksin 40-cı mərtəbəsində yerləşən 2802/2004 nömrəli mənzillərdən ibarət bloka 5.5 milyon dollar ödəyib.

"The Setai Condo Miami Beach” 2004-cü ildə inşa edilib və orada Mayaminin ən bahalı mənzilləri yerləşir. Mayamidə, həmin kompleksin yaxınlığında "Setai Hotel” adlı dəbdəbəli otel də yerləşir.

2013-cü ildə həmin zavodun fəhlələri maaş artımı tələbi ilə aksiya keçirmişdilər. Fəhlələrə vəd verən İ.Axundov isə onlar aldatdı.

Onlara çatacaq pulla göründüyü kimi, Mayamidə mənzil alıb. 800-ə yaxın işçisi əmək haqqının artırılması və tibbi sığorta ilə təmin olunma tələbi ilə tətil keçirmişdi.

400-500 manata işləyən fəhlələr maaşın ikiqat artırılmasını tələb edirdi. Menecer heyətinin məvacibləri 20-30 min manat təşkil edir.

Şirkətin məxsus olduğu Azərbaycan Dövlət Neft Şirkəti qısa zaman ərzində maaşların artırılmasının mümkün olmadığını demişdi.
Bəzi əcnəbi işçinin telefon danışıqları fəhlə maaşlarından artıqdır ki, bu da yerliləri qıcıqlandırır.

Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun bazasında yaradılan “Bos Shelf” MMC-də yenidən işçilər etiraza başlaya bilər.

Mediada gedən məlumata görə, MMC-nin direktoru İxtiyar Axundov zavodda dözülməz vəziyyət yaradıb.

İxtiyar Axundov qohumlarını və yerlilərini başına yığaraq “Bos Shelf”də yüksək maaşlı işləri onlara tapşırıb. İxtiyar Axundovun yerlisi və ya qohuçu olmayan işçilər isə ən ağır işlərdə işlədilir, əvəzində az maaş alırlar.

Ulus.Az xəbər verir ki, ARDNŞ rəhbərliyində İxtiyar Axundovu himayə edən şəxs olduğundan quruma ünvanlanan hər hansı bir şikayətə baxılmır, həmçinin müraciət edən işçilər işdən çıxarılmaqla cəzalandırılır.

Bu ilin fevralında BOS ŞELF MMC”-nin işçiləri prezident İlham Əliyevə media vasitəsilə müraciət ediblər.

Müraciətdə bildirilir ki, şirkət fəhlələri qul vəziyyətinə salaraq istismar edir: "Ölkədə baş verən bahalaşmaya və dolların məzənnəsinin artaraq manatı 100% üstələməsinə baxmayaraq, “BOS ŞELF MMC” əmək haqları verilərkən dolların kursunu 0,80% göstərərək fəhlələrin əmək haqqını yarı-yarıya mənimsəyr.

Çox çətin və məsuliyyətli işləri görən fəhlələri elə bir vəziyyətə çatdırıblar ki, artıq etiraz aksiyası keçirməyə hazırlaşırıq.

İxtiyar Axundov zavodda öz adamlarını yerləşdirməklə, qeyri-insani rəftarı ilə çaşqınlıq, əlaqədar dövlət qurumlarının fəaliyyətinə qarşı inamsızlıq yaradır. Zavodda üç min işçi çalışır.

Üç min işçinin ümumi əmək haqqının yarısını hesablayanda İxtiyar Axundovun hər ay milyonlarla pul əldə etdiyini aşkar etmək mümkündür. Bildirdiyimiz faktlarla yanaşı, zavodda qohumbazlıq, yerlibazlıq və qruplaşma baş alıb gedir.

Mükəmməl qaynaq vuran və iş bacaran işçilərə 300-400 manat verən Axundov öz qohumlarına və yerlilərinə daha yüksək əmək haqqı verir. Bu haqsızlığa etiraz edən işçilərsə işdən qovulur.

Onu da xatırladırıq ki, İxtiyar Axundovun işdən çıxardığı Abbas adında bir iş yoldaşımız var idi. Abbas banka olan borcunu ödəyə bilmədiyinə görə ürək tutmasından dünyasını dəyişdi”.

Şikayətçilər bildirir ki, Azərbaycandan olan mütəxəssislər demək olar ki, şirkətin rəhbərliynə yüksəlmək imkanlarından tam olaraq məhrum ediliblər. Bütün məsul vəzifələrə Avropa mənşəli əcnəbilər təyin olunurlar.

Oxşar xəbərlər