Təxminən 2 ay əvvəl 1 manat - 1 manat 50 qəpik ucuzlaşan ət yenidən bahalaşıb. Belə ki, Bakıda mal əti 11 manat 50 qəpik, qoyun əti 12-13 manat, quzu əti 14 manata təklif edilir.
Aztb.info modern.az-a istinadən bildirir ki, ekspertlər Azərbaycanda ətin bahalaşasına ot və ərəb faktorunun təsiri olduğunu vurğulayılar. Belə ki, mövsümü olmasına baxmayaraq ot bağlamasının qiymətlərində də artım müşahidə olunur. Bahalaşma bu il yonca əkin sahələrinin azalması ilə əlaqələndirilir. Bir müddət əvvəl 2 manat 50 qəpiyə qədər ucuzlaşan ot bağlamasının qiymətinin hazırda 4 manat olduğu bildirilir. Bu isə küləş bağlamalarına tələbatı artırıb. Ona görə də yemin qiyməti 70 qəpiyə satılan bu yemlər hazırda 1 manat 12 qəpiyə qədər bahalaşıb.
Məlum olduğu kimi, heyvandarlıqda yem xərcləri bütün xərlcərin təxminən 50-60 faizini təşkil edir. Təbii ki, yem qıtlığı yaşanan kimi, bu dərhal ətin də qiymətində özünü göstərir. Ancaq bu ajiotajdan öncəki situasiyada qiymətlər cüzi olaraq dəyişirdi. Ot bahalaşsa da, ətin qiyməti kəskin artmırdı. Çünki alıcılıq qabiliyyəti aşağı idi və bu qiyməti artırmağa imkan vermirdi. Yerli əhali ətə kənardan baxıb köks ötürsə də, ərəblərin bazara girişməsi alıcılıq qabiliyyətinin yüksəlməsinə və tələbatın artmasına gətirib çıxarıb.
Bəzi iddialara görə, son vaxtlar Azərbaycana tez-tez səfər edən zəngin ərəb şeyxləri və şahzadələri burada yedikləri qoyun ətini ölkələrindəki ətlə müqayisə edərək, belə qənaətə gəliblər ki, azərbaycanlıların təklif etdikləri ət daha dadlıdır. Və bundan sonra onların Azərbaycandan ərəb ölkələrinə qoyun ixrac etmək qərarına gəldikləri bildirilir. Qeyri-rəsmi məlumatlara görə, Azərbaycanda qoyun-quzu ətinin bahalaşmasında ərəblərin xüsusi payı var.
Xatırladaq ki, ötən ilin sentyabr-oktyabr aylarında Dubayın şeyxi Məhəmməd bin Rəşid əl-Məktumun oğlu- Dubay şahzadəsi Həmdan bin Məhəmməd bin Rəşid əl-Məktum və onun 100-ə yaxın adamı ov etmək üçün Azərbaycana gəlmişdi.
Buna qədər isə ərəblər 2015-ci ilin mart ayında da Saatlı və İmişli rayonlarında, Mil düzündə - Kür-Araz ovalığının cənub-qərb hissəsindəki ovalıqlarda dincəlmişdilər. O zamankı ov həvəskarları keçmiş Qətər əmiri Şeyx Hamad bin Xəlifə əl-Taninin oğlanları və ya Qətərin indiki əmiri Şeyx Tamim bin Hamad əl-Taninin qardaşları olmuşdu. Həmin vaxt ərəb şeyxləri ov zamanı Saatlı rayonu ərazisində, Mil düzündə çadırlar quraraq orada qalırdılar. Yerli təbiət və sadə kənd adamları zəngin ərəblərə o dərəcədə xoş təsir bağışlamışdı ki, onlar burada hətta torpaq sahəsi almaq fikrində olduqlarını da dilə gətirmişdilər. Pulunu ödəyib yer kiraləyən, ov ovlayan, quş quşlayan ərəb şeyxləri Azərbaycanda yedikləri qoyun ətinin dadına da doya bilməyiblər. Elə bu səbəbdən də bu ilin aprel ayından qoyunları ərəb ölkələrinə ixrac etməyə başlayıblar. Bu ixrac əməliyyatlarının nəticəsində Azərbaycanda qoyuna tələbat artıb və qiymət avtomatik bahalaşıb.
Məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyi Aparatının Heyvandarlığın inkişafı şöbəsinin müdiri Qalib Əbdüləliyev deyib ki, qoyunların və qoyun ətinin ixrac olunması sırf kommersiya məsələsidir:
“Bu, rentabellik baxımından da əlverişlidir. Hazırda qoyun əti kiçik partiyalarla, sınaq məqsədilə ərəb ölkələrinə ixrac olunub. Amma kütləvi qaydada ərəb ölkələrinə qoyun ixracı yoxdur. Bəlkə kimsə müəyyən səbəblərdən, yol xərclərini hesablamaq üçün aparıb. Bu, istisna edilmir”.
Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov saytımıza bildirib ki, ölkədə alıcılıq qabiliyyəti ərəblərin hesabına artıb. Bu da öz növbəsində ətə tələbatı artırdığından qiymətlər bahalaşıb.