"Dahi sənətkarlarımız rayondan çıxıb, rayonlu-şəhərli münaqişəsi salmaq düzgün deyil"
Əməkdar incəsənət xadimi bəstəkar Nailə Mirmməmədli rayon əhlini tənqid edənləri qınayıb.
AZXEBER.COM–a açıqlama verən bəstəkar rayon əhalisinə dəstək olub: "Bizim dahi incəsənət xadimlərimiz, Azərbaycanı bütün dünyada tanıdan şəxslər rayonlarda yaşayıblar, onlara hər yerdə azərbaycanlı deyiblər. Onların harada anadan olduqları heç kəsi elə də maraqlandırmayıb. Şəxsən mənə görə kim vətəni ucaldırsa, onun azərbaycanlı olmağı mənə yetərlidir. Biz bilirik ki, Səməd Vurğun, Cabir Novruz, Nüsrət Kəsəmənlidir, bəstəkarlardan Üzeyir Hacıbəyov, Fikrət Əmirovd və belə çoxlu dahilərimiz rayon əhalisidir. Hansı zonadan olmaq şərt deyil, əsas Azərbaycanın adıdır".
N.Mirməmmədli rayondan gələnlərin Bakıda rüşvət alması iddiasına da münasibət bildirib: "Bakıya bölgələrdən axın çoxdur. Bu normaldır, bu o demək deyi ki, rayondan gələnlər gəlib Bakını korlayır, bu düzgün yanaşma olmaz. Sadəcə mən çox istərdim ki, əvvəllər olduğu kimi indi də gənclərin təyinatları rayonlara verilsin, onlar gedib, orada da çalışsın".
Xatırladaq ki, bəstəkar Aygün Səmədzadə rayondan gələnlər haqda deyib: "Rəhmətlik anam deyərdi ki, biz oxuyanda ali məktəblərdə rüşvət yox idi. Rayonlardan imtahan götürənlərə səbət-səbət çolpa və motal pendiri və sair gələnəcən. Və bu gün on yumurta, 5 kiloqram ətlə universitet bitirənlər professor olub, camaata dərs keçir. Yerlibaz şərhlərə ehtiyac yoxdur. Rüşvəti Bakıya rayonlular getirib".