Reyhanın öldüyü yolda yenilik - Həmin keçid ləğv olundu

Reyhanın öldüyü yolda yenilik - Həmin keçid ləğv olundu İyunun 28-də axşam saatlarında Bakının Xətai rayonu Zığ şosesində Masallı rayon sakini Əlifağa Məmmədovun idarə etdiyi "BMW" markalı, 90 XU 928 dövlət nömrə nişanlı maşının 22 yaşlı Reyhan Məmmədovanı vurub öldürdüyü hadisənin baş verdiyi piyada keçidi ləğv edilib. Lent.az xəbər verir ki, "SOCAR” yanacaqdoldurma məntəqəsinin qarşısındakı piyada zolağı asfalt rəngli materialla rənglənib və ərazidəki piyada keçidi yol hərəkət nişanı götürülüb.

Qeyd edək ki, məlum hadisəni törətmiş sürücü artıq həbs edilib. Qəzada həyatını itirən Reyhan Məmmədova isə dağadırmanma, qayayadırmanma və buzadırmanma üzrə çempion olub.

Oxşar xəbərlər