Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rəsmisi, Məşədi Dadaş məscidinin imam-camaatı Hacı Şahin Həsənli Həcc ziyarəti ilə bağlı Modern.az-ın suallarını cavablandırıb. Onunla müsahibəni təqdim edirik:
- Azərbaycanda Həcc ziyarəti, ümumiyyətlə ora gedənlərlə bağlı tez-tez müzakirələr açılır. Maraqlıdır, İslam dinində Həcc kimə vacib buyurulub?
- İmkanı olan müsəlman ömründə bir dəfə Həcc ziyarətinə getməlidir. İmkan dedikdə həm maddi, həm də sağlamlıq imkanları nəzərdə tutulur. Bu, dini vacib hökmdür. Ən böyük ibadətlərdən biridir. Həcc həm də böyük ictimai ayindir. Dünyanın hər yerindən müsəlmanların ildə bir dəfə Həcc ziyarətinə toplaşması müsəlmanların bir-birindən xəbərdar olması üçün bir fürsətdir.
- Bəs, Həcc ziyarəti üçün ödənilən vəsaitin halal və ya haram olmasının əhəmiyyəti varmı?
- İnsan mütləq şəkildə halal pulla Həccə getməlidir. Haram pulla gedilən Həcc Allah tərəfindən qəbul olunmaz. Həccin vacib şərtlərindən biri də pulun halaldan əldə edilməsidir.
- Bəzi adamlar var deyir ki, “pulum varsa, ürəyim istədiyi qədər Həccə gedərəm”. Bu baxımdan Azərbaycanda hətta az qala 30 dəfə Həcc ziyarətinə gedənlər var. Bu nə dərəcədə doğrudur?
- Həccə bir dəfə getmək vacibdir. Bundan əlavə, din növbəti illərdə də Həccə getməyə məhdudiyyət qoymayıb. Peyğəmbərimizdən nəql olunan dualarda qeyd olunur ki, “Ya Rəbb, mənə hər il Həcc ziyarətini qismət elə”. Təbii ki, bir insanın imkanı çatırsa və bir neçə dəfə Həccə gedirsə, buna bir söz deyə bilmərəm. Amma bir məsələ var ki, Həccə gedən, “Hacı” adına layiq olan insan, eyni zamanda qazancını xeyir işlərə sərf etməyə çalışmalıdır. Yəni vəsaitini təkcə Həcc yolunda sərf etməməlidir. Həcc həm də insanın başqalarına qarşı faydalı olmağını öyrədir. İnsan qazandığı vəsaitdən ehtiyaclı insanlara, aztəminatlı ailələrə, tələbələrə və müxtəlif faydalı işlərə sərf etməyə çalışmalıdır. Yəni “Hacı” adını doğrultmağın yollarından biri də budur.
Fikir verirsinizsə, Həcc ziyarəti qurbanlıqla, Qurban bayramı ilə yekunlaşır. Qurbanlıq özü paylaşmaq xüsusiyyətinin yaranmasına işarədir. Sən bu qədər ibadətdən sonra qurban kəsib başqalarına yardım edirsən. Bu da qazanılan pulu faydalı istiqamətdə xərcləmək deməkdir. Bir insan bir neçə dəfə Həcc ziyarətinə gedə bilər. Amma çalışmaq lazımdır ki, Həccə getmək adətə, şan-şöhrət vasitəsinə çevrilməsin. Peyğəmbərimizdən hədis var ki, “zaman gələr, insanlar şan-şöhrət, ad, titul qazanmaq üçün Həccə gedərlər”. Bu niyyətlər olmasa, məqsəd Allaha yaxınlaşmaq üçündürsə, insan nə qədər Həccə gedirsə, onun şəxsi işidir. Amma Həcc insanı başqa ictimai vəzifələrdən uzaqlaşdırmamalıdır.
- Bildiyimiz ki, Həcc ziyarəti üçün kifayət qədər böyük vəsait tələb olunur. Bu il bir nəfərlik ziyarət paketinin qiyməti 3850 ABŞ dolları təşkil edib. Bu baxımdan din əhli olmayanlar, xüsusilə də ateistlərin irəli sürdüyü bir arqument var: “Həcc ziyarətinə xərclədiyi pulu yetim-yesirə versə yaxşıdır”.
- Mən bu fikirlə qətiyyən razı deyiləm. Kasıblara yardım etmək Allah tərəfindən qoyulan dini öhdəlikdir. Hətta belə bir hədis var ki, “qonşusu ac ikən, özü tox yatan müsəlman deyil”. Biz sadəcə dəyərləri qarşı-qarşıya qoymamalıyıq. Kasıblara yardım etməklə Həcc ziyarətini hədəfə almamalıyıq. Bunlar ayrı-ayrı fəzilətlərdir.
- Özü də bunu deyənlərin çoxu yayda turistik səfərlərə kifayət qədər vəsait sərf edənlərdir...
- Doğru vurğuladınız. İnsanlar müxtəlif yerlərə gedib pul israf edir. Ona qalsa, biz də onları hədəfə ala bilərik ki, bəzi insanlar lazımsız yerlərə, əyri yollara yüz minlərlə manat pul xərcləyirlər. Nədənsə o insanların yaxşılıq etmək və yaxşılıq etməyə həvəsləndirmək həvəsi Həcc ziyarəti vaxtı yada düşür. Həcc böyük ayindir, ibadətdir, Qurani-Kərimdə qeyd olunmuş bir məsələdir. Həcc insana Allahı xatırladır. İndi başqa məsələ ki, bəzilərinə Həcc təsir göstərmir, “Hacı” adından sui-istifadə edir, Həccə şan-şöhrət üçün gedirlər. Onlar təbii ki, tənqid olunmalıdır. Amma bunlar əsas vermir ki, biz Həcc ziyarətinin özünü hədəfə alaq. Mən özüm Həcc ziyarətində qrup rəhbəri kimi iştirak etmişəm. Səmimi ziyarətçilərin olduğunun şahidiyəm. İstər gənc, istərsə yaşlılar arasında dini ayinləri dəqiqliklə yerinə yetirən, başqalarına yardım göstərən onlarla belə insan görmüşəm. Məncə mənfiləri deyəndə, müsbətləri də demək lazımdır. Həcc ziyarəti Quranın tələbidir, Allahın əmridir. Eyni zamanda böyük ictimai ayindir. Ona görə də Həccə gedənlər olub, yenə də olacaq. İstənilən halda dəyərlərdən sui-istifadə edənləri tənqid etməliyik, dəyərin özünü ələ salmaq kökündən yanlışdır.