Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "WhatsApp", "Skype" və digər internet mesajlaşma şəbəkələrinin fəaliyyətini məhdudlaşdırmaq niyyətində deyil
Bunu rabitə və yüksək texnologiyalar nazirinin müavini İltimas Məmmədov bu gün Bakıda "Azerfon" şirkətinin təşkilatçılığı ilə keçirilən mətbuat konfransında WhatsApp-ın səs xidmətlərinin tətbiq edilməsini şərh edərkən deyib.
Onun sözlərinə görə, tətbiq edilən xidmət mobil operatorların gəlirlərinin azalmasına təsir etsə belə, WhatsApp-ın bağlanması vəziyyətdən çıxış yolu deyil: "Azərbaycan internetin azad olduğu və hər kəsin lisenziya almağa ehtiyac olmadan şəbəkəyə qoşulma xidmətlərini göstərə bildiyi azsaylı ölkələrdən biridir".
İ.Məmmədov qeyd edib ki, hazırda ölkədə 40-dan artıq internet servis provayderi fəaliyyət göstərir: "Bu baxımdan məhdudlaşdırıcı tədbirlər həll yolu deyil, əksinə, onların texnoloji inkişafı hamının rifahına xidmət edə bilər. Həmin xidmətin məhdudlaşdırılması gündəmdə deyil". (trend)
***
Dünyanın ən geniş yayılmış ani mesajlaşma xidməti olan "WhatsApp" daha bir neçə telefona verdiyi dəstəyini geri çəkir.
Axşam.az bildirir ki, bir ay sonra bəzi köhnə modellərdə xidmət işləməyəcək.
Məhdudiyyətlərə bir ay qalmış "WhatsApp" əməkdaşlığı dayandırdığı markaların adlarını da açıqlayıb.
İyul ayına kimi "WhatsApp"dan məhrum olacaq modellər aşağıdakılardır:
-BlackBerry 10
-BlackBerry OS
-Nokia S60
-Nokia S40
-Android 2.0
-iOS 7.0
Qeyd edək ki, ilin əvəllində - yanvar ayaında Android 2.O və bəzi köhnə proqram sistemi olan "iPhone"larda da "WhatsApp"ın işi dayandırılmışdı.