Azərbaycanlı millət vəkilləri təhdid olundu - Səbəb

Azərbaycanlı millət vəkilləri təhdid olundu - Səbəb İran Özəlləşdirmə Təşkilatının rəisi Mirəli Əşrəf Abdullapuri Hüseyni Təbriz Maşınqayırma Zavodunun özəl sektora buraxılmasını tənqid edənləri məhkəməyə şikayət etməklə təhdid edib

O, Təbriz millət vəkilləri və zavod işçilərinin etirazlarına işarə edərək, “əgər bu barədə hökumətin və ya Özəlləşdirmə Təşkilatının qərarını şübhə altına alsalar, məhkəməyə şikayət edəcəm”, - deyib.

“Təbriz Maşınqayırma Zavodu 2 il öncə İran Polad Əməklilik Müəssisəsinə təhvil verilib, artıq dövlətin deyil. Millət vəkilləri isə zavodun Şesta Şirkətinə (Təmin-i İctimai İdarəsinin Yatırım Şirkəti) ötürülməsi ilə bağlı prezidentə məktubla müraciət ediblər. Onlar özləri də bilir ki, sənaye müəssisəsi dövlət borcuna görə bir dəfə hər hansı müəssisə və ya özəl sektora buraxılırsa, artıq bunu ikinci dəfə etmək mümkün deyil”, - Mirəli Əşrəf Abdullapuri Hüseyni bildirib.

İran Özəlləşdirmə Təşkilatının rəisi işçilərin, millət vəkillərinin və kütləvi informasiya vasitələrinin bu barədə həssaslığını yersiz adlandırıb.

Qeyd edək ki, Təbrizin millət vəkilləri Prezident Həsən Ruhaniyə məktub yazaraq, zavodun özəlləşdirməsinə qarşı olduqlarını elan ediblər. Onlar Maşınqayırma zavodunun Şesta Şirkətinə buraxılmasını istəyiblər. (axar.az)

Oxşar xəbərlər