Azərbaycanda daha iki bank birləşdi - Rəsmi

Azərbaycanda daha iki bank birləşdi - Rəsmi Əmanətlərin Sığortalanması Fondu (ADIF) "Atabank” və "CDB Bank”ın birləşməsi ilə bağlı açıqlama yayıb

Qurumdan verilən məlumata görə, "ATABANK” ASC 21 dekabr1992-ci ildə 92 nömrəsi ilə Mərkəzi Bank tərəfindən dövlət qeydiyyatına alınmış "Caspian Development Bank (CDB)” ASC-nin ona qoşulması nəticəsində yenidən təşkil edilib.

Qeyd olunanlarla əlaqədar bildirilib ki, 4 fevral 2015-ci ildə 44 nömrəli reyestr nömrəsi ilə Fonda üzv olan "Caspian Development Bank (CDB)” ASC"ATABANK” ASC-yə qoşularaq yenidən təşkil edildiyi üçün Fonda üzv bankların reyestrindən çıxarılıb və ona verilən şəhadətnamə ləğv edilib..

Bununla da Fonda üzv bankların sayı 31 olub.

Əmanətlərin Sığortalanması Fondu ictimaiyyətin diqqətinə çatdırır ki, "Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 27.9-cu maddəsinə əsasən iştirakçı banklarbirləşmə və ya qoşulma şəklindəyenidən təşkil olunduqdaəmanətçinin varis banka keçmişhər bir əmanətinəmüqavilə müddəti qurtaranadək ayrıca əmanət kimi baxılır və ayrı-ayrılıqda kompensasiya ödənilir. (mia.az)

Oxşar xəbərlər