Azərbaycanın işğal altındakı Xankəndi şəhəri yaxınlığında yerləşən Əsgəran rayonunun Daşuşen kəndində hündürlüyü 50 metr olan xaç qoyuldu
Moderator.az erməni mediasına istinadla yazır ki, bu barədə qondarma DQR rejiminin “iqtisadiyyat nazirinin müavini” Sergey Şahverdiyan öz feysbuk səhifəsində məlumat verib. Uca təpədə yerləşdiyindən xaç Xankəndinin hər tərəfindən görünür. Abidə xüsusən gecələr- işıqları yanarkən xristian ermənilərin zövqünü oxşayır.
Xəbərdə deyilir ki, xristian xaçı 9 may ərəfəsində Azərbaycan torpaqlarının işğalı zamanı ölmüş erməni hərbçilərin xatirəsinə ucaldılıb. Abidənin Avropada hündürlüyünə görə ikinci xaç olduğu iddia edilir.
Qitədə ən hündür xaç Makedoniyanın Skopye şəhərindədir. 2002-ci ildə makedoniyalıların xaçpərəstliyi qəbul etməsinin 2000-ci ildönümü münasibəti ilə qoyulmuş abidənin hündürlüyü 67 metrdir.