Prezident ona salam verən həmkarını döydü - VİDEO

Prezident ona salam verən həmkarını döydü - VİDEO Türkiyə Qadınlar Basketbol Super Liqasının pley-off oyununda insident yaşanıb.

Hadisə "Fənərbaxça” ilə "Yakın Doğu Üniversitesi” matçında baş verib. "Fənərbaxça” prezidenti Əziz Yıldırım ona salam verən rəqib komandanın prezidenti Işık Eygüngörə şillə vurub. Polislərin müdaxiləsindən sonra vəziyyət normallaşıb.

Matç başa çatdıqdan sonra Ə.Yıldırım mətbuata açıqlamasında I. Eygüngörü əxlaqsızlıqda günahlandırıb. Onun sözlərinə görə "Yakın Doğu Üniversitesi”nin rəhbərliyi finaldan əvvəl "Fənərbaxça”lı oyunçulardan bəzilərinə transfer təklif edib.



Oxşar xəbərlər