"Son illərdə ümumi təhsilin keyfiyyət göstəriciləri dinamik şəkildə artır. 2012-ci illə müqayisədə bütün imtahan fənlərindən müsbət qiymət almış IX sinif məzunlarının sayı 50,2 faizdən 2016-cı ildə 67,2 faizədək artb, son 4 ildə imtahan nəticələri 17 faiz yüksəlib”
Bunu təhsil naziri Mikayıl Cabbarov "Azərbaycan” qəzetində dərc olunan məqaləsində bildirib.
O qeyd edib ki, "Əla” qiymət alanların sayı 2015-ci ildəki 7 faizdən 2016-cı ildə 9,2 faizə yüksəlib: "XI sinif məzunlarının buraxılış imtahanlarında hər üç fəndən müvafiq qiymət alanların çəkisi 2016-cı ildə 2015-ci ilə nisbətən 2 faiz artaraq 65 faiz olub. Bu siniflərdə hər üç fəndən "əla” qiymət alan şagirdlərin sayı 6,8 faizdən 8,8 faizə yüksəlib”.
Nazir onu da qeyd edib ki, müəllimlik peşəsinin ictimai nüfuzunun yüksəldilməsi, bilikli və hazırlıqlı insanların bu peşəni seçməsinə stimulun yaradılması istiqamətində "Müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” ölkə Prezidentinin sərəncamına əsasən son 2 ildə diaqnostik qiymətləndirmədən keçən 100 min müəllimin (bütün müəllimlərin 70 faizi) əməkhaqqında əhəmiyyətli artım təmin edilib.