"Deyirlər, Mərkəzi Seçki Komissiyasının sədr müavini Natiq Məmmədovun qardaşı olduğu üçün ona toxunmurlar”
"Dağ boyda oğlumun ölümünə səbəb oldular. Başına elə bir oyun açdılar ki, özünü öldürməyə məcbur oldu. Bir ana üçün oğlunu qara torpağa verməkdən böyük nə əzab ola bilər? 2 ilə yaxındır ki, mən bu əzabla yaşıyıram. Ancaq oğlumun ölümünə səbəb olanlar bu gün də azadlıqdadır. Hətta əsas günahkar öz vəzifəsinin başınada, işini davam etdirir”. Bu sözləri "AzPolitika.info”ya açıqlamasında ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən qanunsuz, saxta ittihamlarla həbs olunaraq soyğunçuluğa məruz qalan, bu üzdən də intihar edən mərhum Cahangir Məmmədovun anası Nərgiz Həsən qızı Məmmədova söyləyib.
Gözü yaşlı ana saytımız vasitəsilə Prezident İlham Əliyevə, vitse-prezident Meriban xanım Əliyevaya, həmçinin hüquq-mühafizə orqanlarının rəhbərlərinə – Baş prokuror Zakir Qaralova, Daxili işlər naziri Ramil Usubova, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyevə müraciət edərək, ədalətin bərpa olunmasını, oğlunu özünü öldürməyə təhrik edənlərin cəzalandırılmasını və ondan alınmış pulun ailəsinə geri qaytarılmasını təmin etməyi xahiş edir.
85 yaşlı ağbircək Nərgiz Məmmədovanın göz yaşı içində söylədiklərinə keçməzdən əvvəl, oğlu Cahangir Məmmədovun ölümünə səbəb olan hadisə barədə qısa məlumat verməyi lazım bilirik.
Cahangir Məmmədova qarşı hansı ittiham irəli sürülüb?
Mərhumun yaxınlarının dediklərindən belə məlum olur ki, MTN-nin İstintaq Baş İdarəsi tərəfindən istintaqı aparılmış 1041 saylı cinayət işinə təqsirləndirilən şəxs qismində cəlb edilən Cahangir Məmmədov, tamamilə saxta, sonradan sözügedən qurumun əməkdaşları tərəfindən quraşdırıldığı təsdiq olunan bir işin qurbanı olub.
Belə ki, MTN əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində saxlanılan mərhum Cahangir Məmmədov Azərbaycan Respublikası vətəndaşları – polis polkovnik-leytenantı Əfsəl Həsənəliyev, Məcid Anqubazov, Elman Məsimov, Orxan Abdullayev və Sərdar İsmayılovdan ibarət bir qrup şəxslə qabaqcadan cinayət əlaqəsinə girərək, tamah məqsədi ilə külli miqdarda dəyəri olan pirotexniki malların və "skoç” yapışqan lentinin Gürcüstandan qaçaqmalçılıq, sənədlərdən aldatma yolu ilə istifadə etməklə, gömrük nəzarətindən keçirərək Azərbaycana gətirməkdə ittiham olunub.
Ancaq mərhumun yaxınlarının dediyinə görə, rəsmi sənədlər, eləcə də cinayətə işinə cəlb olunanların və şahidlərn ifadələri bu ittihamların uydurma olduğunu göstərir. Cahangir Məmmədovun, Əfsəl Həsənəliyev istisna olmaqla, cinayət işində adları keçən şəxslərin heç biri ilə tanışlığı, işbirliyi, hər hansı əlaqəsi olmayıb.
Belə ki, mərhum Cahangir Məmmədovun karqo daşımaları şirkəti olub. O, sifariş əsasında ayrı-ayrı şəxslərin, firmaların mallarını gömrük rəsmiləşdirilməsindən keçirməklə, yaxın xarici dövlətlərdən ölkəyə gətirilməsini, Azərbaycandan keçməklə qonşu ölkələrə daşınmasını, eləcə də ölkədən xaricə aparılmasını təmin edib. Bir növ broker kimi fəaliyyət göstərib.
Pirotexniki malları Azərbaycana keçirməkdən imtina edib
2013-cü ilin sentyabr ayının əvvəlində dostu, təqaüdə çıxdıqdan sonra bizneslə məşğul olan polis polkovnik-leytenantı Əfsəl Həsənəliyev Cahangir Məmmədovla əlaqə saxlayaraq, tanışı Məcid Anqubazova məxsus "TIR” yük avtomobilinin yarısı həcmində "skoc”dan ibarət malın Azərbaycana gətirilməsinə köməklik göstərməyi xahiş edib. Həmin vaxt Gürcüstanda olan Cahangir Məmmədov, yükün Azərbaycana göndərilməsini təşkil etməyə, bunun üçün müvafiq sənədləşdirməni aparmağa razılıq verib. Cahangir Məmmədov Məcid Anqubazovla ilk dəfə məhz həmi vaxt görüşür. Cinayət işində adları keçən Elman Məsimov, Orxan Abdullayev və Sərdar İsmayılov da Məcid Anqubazovun tanışları olub.
Məcid Anqubazovla görüşdə Cahangir Məmmədova məlum olur ki, o və onun tanışları Orxan Abdullayev və Sərdar İsmayılov Gürcüstan vətəndaşı Karlo Katrikadzeyə məxsus malları Azərbaycana keçirmək istəyirlər. Daha sonra o da məlum olur ki, M.Anqubazov və dostları Azərbaycana yalnız "skoc” deyil, həm də müəyyən miqdarda pirotexnika da keçirmək istəyirlər.
Cahangir Məmmədov bunu bildikdə həmin malların Azərbaycanda qadağan edildiyini və aparılmasının qeyri-mümkün olduğunu bildirib. M.Anqubazovun təkidli xahişlərinə baxmayaraq, Cahangir Məmmədov pirotexniki malların Azərbaycana keçirilməsini boynuna götürməkdən imtina edib. Həmin vaxt Məcid Anqubazovun təkidli xahişi ilə Tiflisə gələn Ə.Həsənəliyev də, mərhum Cahangir Məmmədovun haqlı olduğunu, həmin malların Azərbaycanda satışının qadağan olunduğunu bildirib. Bir sözlə, Cahangir Məmmədov həmin işdən imtina edib.
Ancaq sonradan dostu Ə.Həsənəliyev onunla əlaqə yaradaraq, iranlı biznes tərəfdaşları ilə məsləhətləşdikərini və həmin malları satışı qadağan olunmayan İrana aparmaq qərarına gəldiklərini bildirib. Və Cahangir Məmmədovdan müvafiq sənədləşdirməni həyata keçirməkdə və mallaın İrana daşınmasında kömək istəyib.
Cahangir Məmmədov da razılaşıb. Bundan sonra Gürcüstan Beynəlxalq Gömrük Terminalında malın 3-cü ölkəyə daşınması ilə bağlı müvafiq sənədləşmə işləri aparılıb. Həmin sənədlər sonradan istintaqa da təqdim olunub.
Gömrük sənədləşməsindən keçən malı MTN qaçaqmal kimi saxlayır!
Sənədləşmə yekunlaşdıqdan sonra mallar "KAMAZ” markalı yük maşınına yüklənərək yola salınır. Həmin mallar 10 sentyabr 2013-cü ildə ayrı-ayrılıqda həm Gürcüstanda, həm də Azərbaycanda gömrük nəzarətindən keçirilmiş, boşaldılaraq olduğu kimi bəyan edilmiş, müvafiq gömrük rüsumları ödənilmiş, tranzit mal kimi sənədləşdirilmişdir. Hətta malın İrana aparılmasına nəzarət etmək üçün Tovuz Gömrük İdarəsinin "Sınıq-körpü” gömrük postunun iki əməkdaşı da ayrılır.
Ancaq 11 sentyabr 2013-cü il tarixdə gömrük əməkdaşlarının müşaiyyəti ilə Astara Gömrük İdarəsinə doğru hərəkətə başlayan yük avtomobili Qazaxın Birinci Şıxlı kəndində yanacaqdoldurma məntəqəsinə daxil olarkən, MTN-in Qazax rayon şöbəsi və Bakıdan gələn 4 əməkdaşı tərəfindən saxlanılır. MTN əməkdaşları bunun səbəbini əməliyyat məlumatına əsasən, yük avtomaşınında Azərbaycana gətirilməsi qadağan olunan qaçaqmal olması və MTN-in İstintaq Baş İdarəsi tərəfindən bununla bağlı cinayət işinin açılması ilə izah edirlər. Yük maşınına gömrük əməkdaşlarının iştirakı ilə baxış keçirilir və orada gömrük bəyannəməsində göstərilməyən mal aşkar olunmur.
Malların Azərbaycan ərazisi ilə daşınmasına dair qanuni sənədlərin olmasına və gömrük əməkdaşlarının etirazına baxmayaraq, MTN əməkdaşları avtomobilin mallarla birlikdə Bakıya aparılacağını bildiriblər. Gömrük əməkdaşları malların gömrük nəzarətində olduğunu əsas gətirərək etiraz etsələr də, MTN-çilər təkid edirlər və maşını Bakıya aparırlar.
Bundan sonra qısa müddət ərzində bu işlə bağlı bütün şəxslər, o cümlədən Cahangir Məmmədov saxlanılır. MTN-nin İstintaq Baş İdarəsində cinayət işi açılır, Cahangir Məmmədov və digərlərinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə ittiham irəli sürülür. İstintaqı MTN-in İstintaq Baş İdarəsinin sabiq rəisi, general-mayor Mövlan Şıxəliyevin nəzarəti altında ibtidai istintaq idarəsinin və 1-ci şöbənin rəisi Yasin Məmmədov aparır.
Ortada həbs olunan şəxslərin, o cümlədən Cahangir Məmmədovun günahsızlığını sübut edən sənədlərin, rəsmi şəxslərin məktublarının olmasına baxmayaraq, Yasin Məmmədov "sübutlar” toplayaraq, iş üzrə saxlanılan şəxslər barədə həbs-qətimkan tədbirinin seçilməsinə nail olur.
Halbuki, istintaqa təqdim olunmuş həm Gürcüstanda bağlanmış müqavilə, həm gömrükdən verilmiş malın tranzit olduğunu təsdiqləyən sənədlər, həm də Dövlət Gömrük Komitəsinin sədr müavininin MTN-in İstintaq Baş İdarəsinə göndərdiyi məktub bu iş üzrə həbs olunanların tam günahsız olduğunu sübut edir.
Gömrük Komitəsinin sədr müavininin MTN-ə rəsmi məktubunda nə yazılıb?
"Üzləşmədə Yasin Məmmədov pulu alıb Mövlan Şıxəliyevə verdiyini dedi”
Qeyd edək ki, malların qanunu qaydada ölkəyə keçirilməsi Dövlət Gömrük Komitəsinin sədr müavini, gömrük general-leytenantı Əsgər Abdullayevin MTN-in İstintaq Baş İdarəsinin rəisi, general-mayor Mövlan Şıxəliyevə 25.09.2013-cü il tarixli sensasiyalı məktubunda da təsdiqini tapır. Həmin məktubda bildirilir:
"Sizin 16.09.2013-cü il tarixli 20/2833 nömrəli məktubunuza cavab olaraq bildiririk ki, 11 sentyabr 2013-cü il tarixdə MTN əməkdaşları tərəfindən Qazax rayonu ərazisində saxlanmış Azərbaycan Respublikası vətəndaşı Əsədullayev Əbülfət Xanlar oğlunun idarə etdiyi 44 BB 952 dövlət nömrə nişanlı "Kamaz” markalı yük avtomaşınının 44 ZA 041 dövlət nömrə nişanlı qoşqusunda aşkar olunan 23 000 kq çəkidə "Fişənglər” və 1050 kq çəkidə plastik kütlədən plitələr, özüyapışan rulonlarda olan və olmayan adları altında Tovuz Gömrük İdarəsinin "Sınıq-körpü” gömrük postunda beynəlxalq gömrük proseduru adı altında rəsmiləşdirilmiş və təyinatı üzrə Astara Gömrük İdarəsinə ünvanlanmışdır.
Qeyd olunan mallar Gürcüstan Respublikasının Tiflis şəhərindən Karlo Kotrikadze adlı şəxs tərəfindən İran İslam Respublikasının "Kalyar Co. LTD” şirkətinin ünvanına göndərilməklə, aidiyyatı mal-müşaiyyət sənədləri ilə 10.09.2013-cü il tarixdə Tovuz Gömrük İdarəsinin "Sınıq-körpü” gömrük postunda gömrük orqanlarına bəyan olunmuş və xarici ölkənin müvafiq gömrük təminatı ilə təchiz edilmişdir”.
Daha sonra məktubda bildirilir ki, mal qanunvericiliyə uyğun gömrük nəzarətinə alınmış, qoşqunun yük yeri gömrük təminatı ilə möhürlənmiş, rəsmiləşdirmə aparılmışdır: "Rəsmiləşdirmə zamanı sənədlərlə tanış olarkən, müəyyən olunmuşdur ki, Beynəlxalq Tranzit Gömrük proseduru ilə rəsmiləşdirilməli olan "Fişəng” malları xüsusi nəzarət tələb edən mallar sinfinə aiddir və bu səbəbdən də həmin yük avtomaşının Tovuz Gömrük İdarəsinin mobil bölməsinin əməkdaşları tərəfindən gömrük müşaiyyəti altında gömrük orqanı olan Astara Gömrük İdarəsinə çatdırılması barədə qərar qəbul edilmişdir.
11.09.2013-cü il tarixdə 44 BB 952 dövlət nömrə nişanlı "Kamaz” markalı yük avtomaşınının gömrük müşaiyyəti ilə Astara Gömrük İdarəsinə göndərilməsi üçün aidiyyatı tədbirlər görülən zaman, yük avtomaşınının yanına MTN-in Qazax rayon şöbəsinin əməkdaşları və Bakı şəhərindən gələn 4 MTN əməkdaşı yaxınlaşmış və gömrük təminatı ilə möhürlənmiş gömrük nəzarəti altinda olan yük avtomaşınını Bakı şəhərinə aparacaqları barədə məlumat vermişlər.
Səbəbini də onunla izah etmişlər ki, MTN-ə daxil olmuş əməliyyat məlumatına əsasən, yük avtomaşınında Azərbaycan Respublikasına gətirilməsi qadağan olan qaçaqmal var və bununla bağlı MTN-in İstintaq Baş İdarəsi tərəfindən cinayət işinin istintaqı aparılmaqdadır. Belə olan halda gömrük əməkdaşlarının müdaxiləsi ilə bunun qarşısı alınmış və malların gömrük nəzarətində olduğu əsas tutularaq, yük avtomaşınına Qazax rayonunda gömrük əməkdaşlarının iştirakı ilə baxış keçirilməsi üzrə razılıq əldə edilmişdir.
Gömrük əməkdaşlarının iştirakı ilə MTN əməkdaşları yük-müşaiyyət sənədləri ilə tanış olmadan keçirdikləri baxış zamanı 44 ZA 041 dövlət nömrə nişanlı qoşqunun yük yerindən gömrük orqanlarına bəyan olunmuş "Fişənglər” və plastik kütlədən plitələr, özüyapışan rulonlarda olan və olmayan mallardan başqa gömrük orqanlarına bəyan olunmayan HEÇ BİR QAÇAQMAL AŞKAR OLUNMAMŞIDIR (seçmə bizimdir.red.).
Mədəni şəkildə MTN əməkdaşları quldurluqda ittiham edilir!

Bunun ardınca keçirilmiş baxışın nəticəsinə dair MTN əməkdaşları tərəfindən protokol tərtib olunmuş və baxışda iştirak edən gömrük əməkdaşları da daxil olmaqla, iştirakçılar tərəfindən imzalanmışdır. Protokol imzalandıqdan sonra protokolun surəti istənilsə də, MTN-in əməkdaşları PROTOKOLUN SURƏTINI VERMƏKDƏN İMTİNA ETMİŞ və yük maşınının yük yerini MTN-in möhürü ilə möhürləyərək, Bakı şəhərinə aparılmalı olduğunu bildirmişlər.
Belə olan halda gömrük əməkdaşları yükün hələ də gömrük nəzarəti altında olması səbəbindən gömrük təminatı ilə möhürlənməli olduğunun vacibliyini bildirmiş, lakin MTN əməkdaşları buna məhəl qoymadan təkidlə yük avtomaşınını hər bir halda Bakıya aparacaqları barədə məlumat vermişlər.
Daha sonra yükə aid sənədlər gömrük postunda qalmasına baxmayaraq, Azərbaycan Respublikasının "Gömrük işi haqqında” qanunvericiliyinin TƏLƏBLƏRİNƏ ZİDD OLARAQ, mallara gömrük təminatı vurulmadan yük avtomaşını MTN-in əməkdaşları tərəfindən gömrük nəzarətindən çıxarılaraq, onların müşaiyyəti altında Bakı şəhərinə aparılmışdır”.
Bir daha xatırladırıq ki, bütün bunlar Dövlət Gömrük Komitəsinin sədr müavini, gömrük general-leytenantı Əsgər Abdullayevin məktubundandır. Və bu məktub MTN-in İstintaq Baş İdarəsinin o vaxtki rəisi, general-mayor Mövlan Şıxəliyevin sorğusuna əsasən yazılıb. Yəni, Mövlan Şıxəliyev Gömrük Komitəsinə məktub göndərərək, sözügedən malların qanuni şəkildə daşınıb-daşınmadığın soruşub.
Gömrük Komitəsinin sədr müavini, gömrük general-leytenantı Əsgər Abdullayev buna cavab olaraq həmin malların tam qanuni şəkildə Azərbaycandan tranzit yük kimi İrana daşındığını, MTN əməkdaşlarının isə qanunu pozaraq həmin malları ələ keçirdiklərini bildirir. O, açıq mətnlə bildirir ki, gömrük postundan qanuni keçən malları MTN əməkdaşları qaçaqmal kimi müsadirə edib. Dolayısıyla, bir qədər mədəni şəkildə MTN əməkdaşlarını quldurluqda, soyğunçuluqda ittiham edir.
MTN-nin İstintaq İdarəsində tutulan şəxslərdən pul tələb edilir!

Ancaq MTN-in İstintaq Baş İdarəsi nəinki bu məktubu nəzərə alaraq qeyri-qanuni həbs edilənləri azadlığa buraxır, əksinə, daha böyük qanunsuzluqlara əl atır. İrana aparılan malı qanunsuz saxlayaraq ələ keçirməkləri (həmin malların bazarda satdırılaraq pullarının mənimsənildiyinə dair də iddialar var-red.) bir yana, əsl "reket” kimi saxta ittihamlarla tutduqları şəxslərdən külli miqdarda pul tələb etməyə başlayırlar. Hər birinə fərqli məbləğlər deyilir.
Konkret mərhum Cahangir Məmmədovdan kimin, nə istədiyini anası Nərgiz Məmmədova saytımız vasitəsilə ölkə rəhbərliyinə müraciətində açıqlayıb. Onun sözlərinə görə, saxta ittihamlarla həbs alınan Cahangir Məmmədov da 2 ay MTN-nin təcridxanasında saxlanılıb. Bu müdətdə ona mənəvi işgəncələr verilib, uzunmüddətli həbsə alınacağına dair hədə-qorxu gəlinib.
Hətta işin istintaqını aparan MTN-in İstintaq Baş İdarəsinin ibtidai istintaq idarəsinin və 1-ci şöbənin rəisi Yasin Məmmədov iş üzrə tutulanlardan birindən (bəzi məlumatlara görə, Məcid Anqubazovdan ) lazımı ifadəni aldıqlarını, tələb olunan verilməzsə, hamısını həbsə göndərəcəkləri ilə hədələyir.
"75 min manat düzəltdik. Yasin Məmmədov qəbul etmədi…”

"Oğlumdan tələb olunan məbləğ isə 80 min manat idi” – deyir anası. Nərgiz Məmmədova ağlaya-ağlaya bildirir ki, MTN-çilər Cahangirin səbirsiz adam olduğunu, qapalı yerdə qala bilmədiyini bilib, heç bir günahı olmadığı halda belə yüksək məbləğ istəyirdilər: "Cahangirin heç bir günahı yox idi. Həyatı boyu heç vaxt qanunsuz iş görməmişdi. Böyük oğlum gedib Gürcüstandan orda bağlanmış müqavilələri də gətirdi ki, hər şey qanuni olub. Ancaq baxmadılar, heç qəbul etmədilər. Cahangir özü də deyirdi ki, "ana, məni yandıran odur ki, heç bir günahım olmadığı halda, xırda bir qanunsuzluğa belə yol vermədiyim halda həbsə salıblar”. Qanuni bir iş idi, cəmi 2 min manat onun xeyri olacaqdı. Şərləmişdilər oğlumu. Həm belə haqsızlığa məruz qalması, həm də qapalı yerdə çox dayana bilməməsi onu darıxdırırdı. Deyirdi ki, ürəyim partlayır burda, dözə bilmirəm. 2 ay yatdı, artıq bütün əsəbləri pozulmuşdu.
Oğlumu həbs edən MTN-in əməkdaşları da bunu bilib, Cahangiri buraxmaq üçün böyük miqdarda pul istədilər. Deyirdilər ki, dözə bilmirsən təcili pul düzəlt gətir buraxaq. Deyirdilər ki, pul versəniz məhkəmədən də sizi şərti cəza ilə buraxdıracağıq. Hədə-qorxu gəlirdilər ki, verməsən, əsas günahı sənin üzərinə qoyub, çox iş verdirəcəyik. Evə də xəbər göndərirdilər ki, pulu düzəldin. Onda da o boyda pul yoxuydu. Axırda istintaqı aparan Yasin Məmmədov oğluma deyib ki, 80 min gətirməlisən. Bir qədər qardaşları kömək etdi, bir qədər qohum-əqraba, bir qədər də banklardan kredit götürərək bir təhər 75 min manat düzəltdik. Cəmi 5 min çatışmırdı. Yasin Məmmədov qəbul etmədi. Dedi ki, gedin pulu tam düzəldin, sonra gətirin. Məcbur uşaqlar gedib qalan pulu da faizə götürdülər. Ondan sonra kiçik oğlum Məzahir aparıb pulu verdi və Cahangiri buraxdılar”.
"Yasin Məmmədovla danışdım, dedi MTN-nin arxa qapısında maşında gözlə”
Bu zaman söhbətə mərhum Cahangir Məmmədovun kiçik qardaşı Məzahir Məmmədov qoşulur: "Yasin Məmmədovla danışdım ki, pulu gətirmişəm. Gəldi ki, 100 min dollar gətirmişəm. O vaxt 100 min dollar 78 min manat edirdi. Dedi get manata çevir, 80 min manat gətir. Gəlib manata çevirib, əlavə 2 min manat da tapıb üzərinə qoyub, qayıtdım MTN-ə. Yasin Məmmədovla danışdım, dedi MTN-nin arxa qapısında maşında gözlə. Bundan sonra 2 nəfər cavan oğlan göndərdi. Gəldilər pulu təhvil alıb getdilər. Sonra da Yasin Məmmədovla danışdım, dedi pul çatdı”.
"Oğlum MTN-dəki haqsızlıqların qurbanı oldu”
Söhbəti yenidən mərhumun anası Nərgiz Məmmədova davam etdirir: "Çahangirin başına bilmirəm nə oyun açmışdılarsa əsəbləri tamam korlanmışdı. Bir tərəfdən də bu işə görə borcunun yaranması onu daha da incidirdi. Buna görə də özünə yer tapa bilmirdi. Cahangir elə oğul idi ki, qardaşına belə borclu qalmaq istəmirdi.
Ona görə də, hamının borcunu ödəmək üçün evini satdı. Borclarını ödədi. Ancaq ailəsində müəyyən problemlər, söz-söhbət yarandı. MTN-də üzləşdiyi haqsızlıqlar, mənəvi işgəncələr onun əsəblərini elə korlamışdı ki, heç nəyə dözümü qalmamışdı. Elə bu səbədən də damarlarını doğrayıb, ürək nahiyəsindən özünü bıçaqlamaqla intihara əl atdı. Düzdü, qardaşları onu xəstəxanaya çatdıraraq xilas edə bildilər. Ancaq ayılanda sağ qaldığını görüb, bu dəfə xəstəxananın pəncərəsindən özünü ataraq, intihar etdi. Beləcə dağ boyda oğlumu itirdim. Oğlum MTN-dəki haqsızlıqların qurbanı oldu”.

Mövlan Şıxəliyev
Nərgiz Məmmədovanın sözlərinə görə, oğlu öləndən təxminən 3 ay sonra MTN-nin rəhbərliyi işdən uzaqlaşdırılıb, burda baş verən cinayətlər bütün ictimaiyyətə məlum olub. Bununla bağlı Respublika Prokurorluğunun Ağır Cinayətlərə dair İşlər İdarəsində cinayət işi başlanılıb: "Bizim ailə də MTN-nin keçmiş rəhbərliyinin "qurbanlarından” biridir. Böyük oğlum Arif Məmmədov işdə zərərçəkən kimi tanınıb. Məndən də, digər 3 oğlumdan da izahat alınıb. İşi cavan bir müstəntiq aparır – Əli Babayev adında. Çox yaxşı da insana oxşayır. Mənim də ifadəmi alıb. Tələb etmişəm ki, həm oğlumun ölümünə səbəb olanlar cəzalandırılsın, həm də ölümündən əvvəl oğlumu şərləyərək həbs edib, sonra buraxmaq üçün bizdən aldıqları 80 min manat geri qaytarılsın.
Müstəntiq Əli Babayev də dedi ki, xala haqlısan. Sizdən pul alındığı da təsdiqlənir. Hətta kiçik oğlumla üzləşmədə Yasin Məmmədov özü də bunu etiraf edib. Ancaq il yarımdan çoxdur ki, bu işdən heç bir xəbər yoxdur. Nə oğlumun ölümünə görə cəzalandırılan var, nə də bizdən alınmış pulu qaytarırlar…”
Üzləşmədə MTN-nin ibtidai istintaq idarəsinin və 1-ci şöbənin rəisi işləmiş Yasin Məmmədovun nə dediyini isə Məzahir Məmmədov açıqladı: "Müstəntiq Əli Babayev üzləşmə zamanı əvvəlcə məndə soruşdu ki, pulu kimə vermisən?
Dedim Yasin Məmmədova. Məbləğı soruşdu, dedim 80 min vermişəm. Sonra da Yasin Məmmədovu sorğu-sual etdi. O da pulu aldığını etiraf etdi. Ancaq bildirdi ki, pulun hamısını aparıb MTN-in İstintaq Baş İdarəsinin rəisi, general-mayor Mövlan Şıxəliyevə verib. Mən də dedim ki, 80 mini sən Yasin Məmmədova vermişəm, Mövlanı heç tanımıram. Sən də kimə vermisən, izahatını yaz. Müstəntiq Əli Babayev aparıb pulu verdiyim yerdə bizim şəklimizi də çəkdi. Ancaq o vaxtdan bir xəbər yoxdu”.
"Bizdən 80 min alan Yasin Məmmədov bu gün də vəzifəsinin başındadır!”
Yenidən sözlərinə davam edən Nərgiz Məmmədova il yarmdan artıqdır ədalətin bərpa olunmasını gözlədiklərini deyir: "MTN ləğv olunsa, köhnə rəhbərlik işdən çıxarılsa da, mənim oğlumla bağlı saxta cinayət işini quraşdıran, onu buraxmaq üçün bizdən 80 min manat pul alan və beləliklə də Cahangiri intihara sürükləyən Yasin Məmmədov bu gün də vəzifəsinin başındadır! İndi də DTX-da işləyir. Deyirlər, Mərkəzi Seçki Komissiyasının sədr müavini Natiq Məmmədovun qardaşı olduğu üçün ona toxunmurlar. Yaxşı, heç olmasa bizdən aldığı 80 mini qaytarsın ki, borclarımızı ödəyək, uşaqların dərdinə verək. Hamı bilir ki, onların böyük imkanları var.
Mən ağbircək ana kimi DTX-nın rəhbəri, hörmətli Mədət Quliyevdən xahiş edirəm ki, tabeliyindəki işçisi Yasin Məmmədovun bizim ailədən aldığı 80 min manatın geri qaytarılmasını təmin etsin”.
"Vitse-prezidentimiz olan Mehriban xanımdan kömək istəyirəm”
Nərgiz Məmmədova sonda bir ana kimi vitse-prezident Mehriban Əliyevaya müraciət etmək istədiyini bildirdi: "Hörmətli Mehriban xanım bir ana kimi məni daha yaxşı başa düşər. Mən vitse-prezidentimiz olan Mehriban xanımdan xahiş edirəm ki, oğlumu haqsız yerə tutaraq ölümünə səbəb olanların cəzalandırılması və bizdən alınmış pulun geri qaytarılmasını təmin etmək üçün müvafiq qurumlara göstəriş versin. Ədalətin bərqərar olması üçün onun öz köməyini əsirgəməyəcəyinə inanııram”.
Yazıda adları keçən şəxslərin, o cümlədən Yasin Məmmədovun da mövqeyini işıqlandırmağa hazırıq.
Mövzunu diqqətdə saxlayacağıq.