Baki sakini Zenfira Ağayeva Politika.Az-a həbsdə olan qızının məktubunu göndərib
Cinayət Məcəlləsinin 178.3-ci (dələduzluq) maddəsi ilə təqsirləndirilən və Bakı İstintaq Təcridxanasında saxlanılan Mansurova Samirə Vahid qızı Baş Prokuror Zakir Qaralova müraciət edib.
“Mən 26.02.1966-cı ildə Bakı şəhərində, qulluqçu ailəsində (atam mühəndis, anam müəllimə) anadan olmuşam. 1973-1983-cü illərdə 23 N-li orta məktəbi bitirərək 1983-1989-cu illərdə Azərbaycan Dövlət Tibb İnstitutunun Pediatriya fakültəsində ali təhsil almışam.
1989-cu ildən Xəzər rayonu 26 BŞX-da uşaq poliklinikasında həkim-pediatr işləmişəm, mükəməl formada 5 xarici dil bilirəm, YAP-ın üzvü, Seçki Komissiyasının üzvü olmuşam.
Bir neçə dəfə həm ölkədə, həm də ölkədən kənarda konfranslarda ölkəmizi yüksək səviyyədə təmsil etmişəm, ictimai həyatda fəal iştirak etmişəm.
2014-cü ilin yanvar-fevral ayında mənim işlədiyim uşaq poliklinikasına Bağırova Aytəkin Rafiq qızı adlı valideyn müraciət edərək, öz uşağını təkidlə mənim qeydiyyatıma salıb”.
Məhbus həkim qeyd edib ki, bir neçə ay keçdikdən sonra Aytəkin Bağırova poliklinkaya gəlib: “Dedi ki, onun atası və əmisi oğlu vəzifəli şəxsdir və işə ehtiyacı olan şəxsləri müxtəlif orqanlarda işə düzəltməklə məşğuldur.
Eyni zamanda inandırıcı olmaq üçün müxtəlif insanların imzalı və möhürlü sənədlərini göstərirdi. Mənə deyirdi ki, onun əmisi oğlu Elçin Bağırov Administrasiyada Protokol Xidməti rəisidir və qürurlanırdı ki, O gəncəlidir, kasıb ailədə böyüyüb, çox da savadlıdır.
Həmçinin, Aytəkin Bağırova özünün Təhsil Nazirliyində işlədiyini və atasının da Ədliyyə Nazirliyində xidmət göstərdiyini bildirib. Bundan əlavə, bir neçə vəzifəli şəxslərin adlarını çəkib.
Belə ki, Səhiyyə Nazirliyində Kadrlar Şöbəsinin rəisi kimi-Kəmalə xanımın adını, “SOCAR” –da Bədəl Bədəlovun, Prezident Administirasiyasında- Əli Həsənovun katibəsi Nigarın, BDU-da İbad müəllim, Təhsil Nazirliyində- Aysel xanımın, Müdafiə Nazirliyində- Mehriban Xanımın, Slavyan Universitetində- dekan Zemfira xanımın, Tibb Kollecinin direktorunun, Nəsimi rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət İdarəsinin işçilərinin adlarını çəkirdi”.
S.Mansurova Politika.Az-a məktubda bunları əlavə edib: “Aytəkin Bağırova mənə deyirdi ki, “ Siz nə vaxta kimi kənd poliklinasında işləyəcəksiniz? 5 xarici dil bilən həkimsiniz, kimnən əksiksiniz?”
O qeyd edirdi ki, məni Avropa ölkələrinin birinə praktika keçməyim üçün göndərə bilərlər və qayıdandan sonra da qabaqcıl Diaqnostika Mərkəzində işə düzəldəcəklər.
Mənim həmişə xaricdə kurslara və praktikaya böyük marağım var idi, hətta bir neçə dəfə iş yerimə xaricdə praktikaya göndərilməyim üçün öz namizədliyimi vermişdim və tələb olunan bütün sənədləri toplayıb təqdim etmişdim.
Ümumiyyətlə isə mənim bir məqsədim var idi, buda vəzifəli şəxslərlə münasibətimi qurmaq və onların gözünə girmək, sadiqliyimi nümayiş etdirmək, etibarlarını qazanmaq və öz karyeramı qurmaq idi.
Bütün bunların qarşılığında isə Aytəkin Bağırova mənə işə düzəltməyi üçün adamları tapmasını istəyirdi. Əlbəttə ki, bunu müəyyən pul və “rüşvət” qarşılığında əlbir olduğu adamlarla birgə həyata keçirirdi.
Mən heç vaxt rüşvət verməmişəm və rüşvətdə vasitəçi olmamışam, bu işdə mənim heç bir təcrübəm olmadığı üçün, mənim suallarım çox idi.
Həmçinin bildirdi ki, işə düzəlmək istəyən insanlardan pulu müqavilə ilə ya da qəbzlə özüm almalıyam, mən də işə düzəlmək istəyən insanların pullarının sonradan batmaması və artıq onların aldadılma ehtimalının olmamasını düşünərək bununla razılaşdım”.
Məhkum qadın müraciətində başına gələnləri nəql edib: “Aytəkin Bağırova mənə insanları işə düzəltməsinə dair müxtəlif sübutlar verirdi. Belə ki, Aytəkin Bağırova öz cinayətkar dəstəsi ilə birlikdə saxta sənədlər düzəldərək, həmin sənədləri aldatdıqları insanlarla yanaşı mənə də göstərirdilər.
Bu sənədlərin içində hərbi biletin, tələbə biletinin surətini, Nazirlik və Administrasiyasında verildiyini iddia etdikləri müxtəlif möhürlü sənədləri mənə “whatsapp”-la göndərmişdilər. Lakin sonradan Aytəkin Bağırovanın və onun əlbir olduğu vəzifəli şəxslərin insanları aldatdığını gördüm və müxtəlif orqanlara bu barədə məlumat verdim.
Qeyd olunan dələduzluq faktları ilə bağlı bir neçə dəfə Bakı Baş Polis İdarəsində, müstəntiq Əflatun Səlimova yazılı şəkildə izahat verdim.
Müstəntiq Əflatun Səlimov məni nə vaxt çağırırdısa dərhal gedib izahat verir, törədilmiş cinayətlərin tezliklə açılması üçün hər cür köməkliyi göstərirdim.
14.01.2016-cı ildə məni axşam 18:00-da Xəzər RPİ-yə çağırıb izahatımı aldılar. Həmin günü saat 20:00-da mənim xidməti otağımda, poliklinikada qanunsuz axtarış olmuşdur. 15.01.2016-cı ildə mən Zakir Qaralova bu haqda teleqram vurmuşdum və 16.01.2016-cı ildə törədilən cinayət haqqında etirafımı (rüşvətdə vasitəçi olaraq) həm Bakı Baş Polis İdarəsinə, həm də Bakı şəhər Prokurorluğuna göndərmişdim.
05.12.2016-cı ildə müstəntiq Əflatun Səlimov məni üzləşməyə Bakı Baş Polis İdarəsinə çağırdı və vəkilsiz olmağımdan istifadə edərək, eyni zamanda məni aldadaraq və təzyiq göstərərək İstintaq Təcridxanasına saldı.
Üzləşmə istintaq hərəkəti keçirilən zaman müstəntiq Əflatun Səlimov Aytəkin Bağırovaya sual verdi: “Siz kiminlə bu işləri görmüsünüz ?” A. Bağırova isə cavab olaraq 4-5 nəfərin adını çəkdi, lakin adıçəkilən həmin şəxslər Aytəkin Bağırova kimi azadlıqdadır.
Müstəntiq Əflatun Səlimov işin faktiki hallarını yaxşı bilsə də, mənim işdə qurban olduğum ona bəlli olsa da, Aytəkin adlı şəxsin qohumunun vəzifəli şəxs olmasından çəkinərək istintaqı obyektiv şəkildə aparmır.
Sanki dələduzluq əməllərini Aytəkinin və onun adamlarının yox, mənim törətmiş olmam kimi mənə qarşı sərt və qərəzli sərt münasibət göstərərək əsl korrupsiya şəbəkəsini gizlədir.
Qeyd olunan haqsızlıqlar qarşısında mən müstəntiq və hakimlərin Ali Qanunun tələblərini rəhbər tutmayaraq işi istədikləri kimi saxtalaşdırmasını, cinayətkarları və rüşvətxorları kölgədə saxlayaraq cinayət işinin açılmasında heç bir maraq göstərməməsinin şahidi oldum. Odur ki, mən bu materialı ictimaiyyətə, mətbuata verirəm.
Bəlkə də mənim tərəfimdən atılan bu addım hal-hazırda azadlıqda olan Aytəkin Bağırova və onun əlbir olduğu cinayətkarların məsuliyyətə cəlb olunmasındahəlledici rolu olar. Buna mən ümid edib, inanıram”.
Politika.Az olaraq yazıda adı çəkilən hər bir şəxsin mövqeyini dərc etməyə hazırıq.