“Fındıq bağları var, arxasında adamı var, özünə arxayındır. Elə bu arxayınçılıq da ona səbəb oldu ki, bir günün içində qapımızı sındırdı, əşyalarımızı tökdü yerə, öz əşyalarını yığdı evə, qapının qıfılını da dəyişdi. Üç ildən çoxdur məhkəmə qapılarında qalmışam”.
Reyhanat xanımın sözlərinə görə, Zaqatala şəhərində vaxtilə xalasına məxsus olmuş və vəsiyyətnamə ilə ona qalmış 1 otaqlı mənzili 3 il öncə qonşusu əlindən alıb. Belə ki, oğlunun evində qalan Reyhanat xanım bir də xəbər tutub ki, qonşu evini zəbt edib. Qonşunu heç cür evdən çıxara bilməyən Reyhanat xanım icra hakimiyyətinə və polisə müraciət edir. Ona bu işin məhkəmə yolu ilə həllini başa salırlar. O da Zaqatala rayon Məhkəməsində evin boşaldılaraq ona qaytarılması ilə bağlı iddia qaldırıb. Lakin iddiası təmin olunmayıb. Yuxarı instansiya məhkəmələri də bir otaqlı mənzilin qonşuda – Həvva Dibrayevada qalması ilə bağlı qətnamə qəbul edib. Lakin Reyhanat xanım razılaşmır və məhkəmə qətnamələrinin maddi marağa dayanaraq çıxarıldığını iddia edir:
“Ev təmirsiz idi, oğlumun imkanı olmadığından təmiri yalnız əlinə pul düşdükdə edirdi. Beləcə təmir uzanırdı, mən də təmir müddətində oğlumun evində qalırdım. 2014-cü ildə təmir başa çatdı, elə əşyaları evə daşımağa hazırlaşırdıq ki, oğlumgildə olanda eşitdim qonşu qapını sındırıb evimə girib. Bizə baxanda imkanları yaxşıdır. Puldan basıb məhkəmələri də ələ aldılar. Beləcə, məhkəmələr məni qapı arxasında qoydu, evi ona verdi”.
Reyhanat xanımın deməsinə görə, mənzili vaxtilə onun xalasına veriblər. Xalasının davamçısı olmadığından vəfat etməmişdən əvvəl ona vəsiyyət edib.
Həvva Dibrayeva məhkəmədə bildirib ki, mənzil şəraitinin yaxşılaşdırılması üçün yerli icra hakimiyyətinə müraciət edib. İcra hakimiyyəti də onu mübahisəli mənzilə yerləşdirib.
Zaqatala rayon icra hakimiyyətindən “Qaynar xətt”ə məsələ ilə bağlı bildirilib ki, Sevil Qazıyeva küçəsindəki 20 saylı evin 14-cü mənzili Zahidat İsayevaya dövlət tərəfindən order əsasında verilib. Reyhanat Əliyeva da həmin mənzildə 1984-cü ildən qeydiyyatda olub. Zahidat İsayevanın vəfatından sonra mənzildə Reyhanat xanım yaşamağa davam edib. Son illərsə mənzil boş qalıb:
“Mənzil dövlətin balansındaydı, özəlləşdirilməmişdi. Araşdırmamız nəticəsində bəlli olmuşdu ki, Reyhanat xanım son illər oğlunun yanında qalır. Qonşuluğunda yaşayan Həvva xanımsa mənzil şəraitinin pis olması ilə bağlı quruma davamlı müraciətlər edirdi. Biz də həmin boş mənzili Həvva xanıma vermək qərarına gəldik”.
Hüquqşünas Vaqif Alıyev deyir, özəlləşdirilməmiş əmlak özəl əmlak, şəxsi mülk hesab olunmur, belə əmlaklar vəsiyyət oluna bilməz. Ancaq bütün hallarda, orderli mənzildə yaşamaq üstünlüyü Reyhanat xanıma verilməliydi. Çünki mənzilə yaşayış qeydiyyatı olub və faktiki orada yaşayıb:
“Burada çox vacib detallar var. Məsələn, icra hakimiyyəti ev sahibəsinin mənzildə yaşamadığını aktlaşdırmışdımı? Evi başqasına verməmişdən öncə Reyhanat xanıma rəsmi xəbərdarlıq olunmuşdumu? Bunları bilmirik. Bütün hallarda xanım məhkəmələri tükəndirib. Bundan sonra yeganə ümid Konstitusiya Məhkəməsinə qalıb. Bu hüququndan istifadə edə bilər”.