Müğənni Nadir Qafarzadə mərhum xalq artisti İlhamə Quliyeva ilə virtual duet ifa edib
Axşam.az-a açıqlama verən ifaçı bildirib ki, İ.Quliyevanın illər öncə oxuduğu “Unuda bilməzsən” adlı bəstəni lentə aldırıb:
“İlhamə xanımın dünyasını dəyişməsinə hələ də inana bilmirəm. Düşünürəm ki, bu, yuxudur. Vəfat etməmişdən qabaq telefonda danışmışdıq, məni evinə dəvət etmişdi. Duet oxumağı da planlaşdırmışdıq. Amma əcəl imkan vermədi. Qismətdə dünyasını dəyişəndən sonra onunla virtual duet oxumaq var imiş. Onu da deyim ki, İlhamə xanım sağ olanda bir çox şou əhli onun qarşısında at oynada bilmirdi. Amma indi bəzilərinin ürəyi açılıb.
Həmin adamlara demək istəyirəm ki, ixtiyarınız var idisə, sağ olanda nəsə deyərdiniz. Ölünün dalınca pis danışmaq olmaz. Hətta bəziləri İlhamə xanımla miras davasına çıxmağa da cəhd edir. Onun bizə qalan mirası mahnılarıdır. Mən İlhamə xanımın bu mirasına illərdir göz dikmişəm. Düşünürəm ki, onun bu musiqi mirası daim bizimlə olacaq. Virtual duet ifa etdiyimizə görə, İlhamə xanımın ruhu şad olacaq. Çünki sağlığında mənimlə duet oxumağa razılıq vermişdi”.
Qeyd edək ki, “Unuda bilməzsən” adlı bəstənin sözlər Xanım İsmayılqızına, musiqisi Novruz Aslana məxsusdur.