"Belə bir təklif gəlsə, yenə qətliam törədəcəm" - “Reina” terrorçusu

İstanbulda "Reina” gecə klubunda qətliam törətməkdə şübhəli bilinən terrorçu ilə əlaqədar son məlumatlar gəlməkdə davam edir.

Abdulqadir Maşaripovu dindirən İstanbul Terrorla Mübarizə İdarəsinin polisi təcavüzkarın dörd yaşlı oğlunu qaçıran üç İŞİD üzvünü axtarır.

Hüquq-mühafizə orqanlarının əməkdaşları Maşaripova silah verən və Bakırköyə qaçarkən avtomobildə olan bir adamla dörd yaşlı uşağı gizlədən üç İŞİD-çini tutmaq üçün xüsusi əməliyyat keçirirlər.

Saxlanıldıqdan sonra yalnız oğlunu soruşan Maşaripov bildirib ki, Silivridə olan zaman onun yanına naməlum şəxslər gəlib.

"Onlar mənə "hər yerdə axtarılırsan, uşağını aparacağıq və qaçacağın zaman gətirəcəyik” deyərək oğlumu məndən alıb apardılar”, - Maşaripov əlavə edib.

Abdulqadir Maşaripov həmçinin etdiklərinə görə peşman olmadığını bildirib.

O, sorğuda belə bir təklif gəlsə, yenə qətliam törədəcəyini söyləyib.

Qeyd edək ki, Türkiyə KİV-in məlumatına əsasən, 39 nəfərin qatili olan terrorçunun ikisi özbək, biri qırğız, biri uyğur olmaqla dörd həyat yoldaşı var.

///milli.az

Oxşar xəbərlər