Azərbaycanda internet üzərindən də “qara bazar” yaradılıb.
“Qafqazinfo” xəbər verir ki, “Facebook” üzərindən yaradılan “Exchange Azerbaijan” qrupunda dolların alış və satışı həyata keçirilir.
Bildirilir ki, bu qrup tez bir zamanda lazım olan valyutanı, banka ehtiyac duymadan, bank axtarmadan və ya bankda sıra gözləmədən rahat bir şəkildə buradan satıcını taparaq mübadilə edə bilməniz üçün yaradılıb.
Dollar almaq istəyən dollar satanı, manat almaq istəyən manat satanı tapsın deyə hazırlanıb. Qrupda bankların gündəlik dollar alış və satış kursları qeyd olunsa da, virtual “qara bazar” iştirakçıları valyutanı hansı məzənnə ilə satdıqlarını açıq şəkildə qeyd etmirlər.
Qeyd edək ki, eyni adlı səhifə “Instagram”da da yaradılıb. Hətta səhifənin “Android” sistemində proqramı da mövcuddur.
Xatırladaq ki, ötən gündən etibarən ölkədə “qara bazar”ın qarşısını almaq üçün ciddi əməliyyatlar aparılır.