Ölkə.Az saytının növbəti qonağı yazıçı, əməkdar incəsənət xadimi Orxan Fikrətoğludur.
- Niyə “Köhnə azərbaycanlı”? Yeni Azərbaycanı qəbul etmirsiniz?
Azərbaycanın yeni olub-olmaması, köhnə azərbacanlılardan asılıdır. Yenilik ənənə bazasında formalaşmayanda, əyri bitir. Mənim kimi köhnə azərbaycanlılar ənənəyə bağlı novatorlardır. Üzeyir Hacıbəyov, Hüseyn Cavid nə qədər köhnədirsə, bir o qədər də təzədir. Mən cəmiyyətə Cəlil Məmmədquluzadə, Sabir paradiqmasından baxdığım üçün köhnə, Orxan Fikrətoğlunun gözüylə baxdığım üçünsə yeniyəm. Bu kontekstdə məndən çox cəmiyyət köhnə qalıb. Hələ də Sabir yazandır. Praktik jurnalistikada olduğum gündən heç zaman bir tərəfdə durub, o biri tərəfi söyməmişəm. Baş verən ictimai-siyasi hadisələrə öz gözümlə baxıb, xalqa gəldiyim nəticəni demişəm. Obyektiv olub tərəf tutmamışam. Konkret mövqeyim olub. Qurduğumuz dövlətin təməl prinsiplərinə xəyanət edən, dövləti deyil öz cibini düşünən məmurlara da sözümü demişəm. Jurnalist əsgər kimidir. Siyasətdə olmamalıdır. Yəqin, bu dediklərimə görə köhnəyəm. Təzə olsaydım, jurnalistikadan istifadə edib özümə gün ağlayardım. Bir iş də var: mənim ziyalı mövqeyim var. Xalqın da gözü tərəzidir, baxır. Əgər mənim tək mövqeyi, öz sözü olan ziyalının axırı yaxşı olursa, uşaqlarını mövqeli edir. Pis olursa, mövqesiz, ləbbeyk deyən edir.. Bunu anladığım üçün də heç zaman yolumu azmıram. Cəmiyyətə “bəli” deyən ziyalıdan çox, “xeyr” deməyi bacaran ziyalı mövqeyi gərəkdir. Bilirsinizmi niyə? Ona görə ki, həqiqət acı olur. Tərif isə təriflənəndən çox, tərifləyənə gərəkdir. Yalançı dostdansa, doğru düşmən xeyirlidir.
- Sizcə hansısa sahələrimizə intibah lazımdır?
- Bir çox sahələrin evalyusiyon yolla dəyişməsinə ehtiyac var. O cümlədən mediyanın da. ASAN Xidmətin yaradılması o deməkdir ki, bu haqda düşünülür. Bu yeniliklərə mane olan üzü maskalı biznes-məmurlar, inhisarçılar da təəssüf ki, yox deyil. Bunun üçün xalq və xüsusilə də xeyir deməyi bacaran ziyalılar prezidentin arxasında durmalıdırlar.
- Orxan Fikrətoğlu kimdir? Çoxları onu yazıçı, rejissor, jurnalist kimi tanıyır. Əslini siz daha yaxşı bilərsiniz.
- Orxan Fikrətoğlu mənəm. Və bu əlli ildir ki belədir. Mən özümü daha çox yazıçı sayıram. Bu gün heç kəs heç kəsin kitabını oxumur deyə məcbur olub dediyiniz sahələrdə evimə az da olsa çörək aparmağa çalışıram. Nə etmişəm, nə yazmışam onu məndən yox, özünüzdən soruşun. Ona görə ki, siz mənim yazdıqlarımı zamanında oxusaydız, bu gün Azərbaycan ədəbiyyatı dünyada tamam başqa səviyyədə təqdim olunardı. Mənim “Zorxana” layihəsində dediyim iradlar zamanında qəbul olunsaydı, bu gün qeyri-neft sektorunun inkişafı daha tez həyata keçərdi. Mən hələ keçən əsrdə kəndlinin kəndə qayıtmasını tələb edirdim. Təsil haqqında qanunun qəbul olunmasını istəyirdim. Kəndli üçün kənddə zamanında şərait yaradıldımı? Həmin kəndli artıq yarımçıq şəhərlidir. Bundan isə nə şəhər udub, nə də kənd. Qanunları belə icra etmək istəmirlər..
- Xilas yolunu nədə görürsünüz?
- Xilas yolu peşəkarları işə cəlb etməkdədir. İşi iş bilənə tapşırmaq lazımdır. Sözü olan ziyalılara da ehtiyac var. İnsan “lənətə gəlmiş” pulla yaşasa da sözlə ovunur. Bəxtiyar Vahabzadənin “Gülüstan” poeması olmasaydı, Orxan Fikrətoğlu yetişməzdi. Atam Fikrət Sadıq “Azərbaycan” şeirini dörd yaşında qulağıma pıçıldamasaydı, mən iyirmi yanvarda qanımızın tökülməsi faktını kasetlərə köçürüb Baltikyanı ölkələrə aparıb azadlığımızı təbliğ etməzdim. 17-18 yaşında Moskvadakı “Lujniki” stadionunda keçirilən “rusafob” mitinqlərdə Azərbaycanın xeyrinə çıxışlar etməzdim. Hər axşam mitinqdən sonra ermənilərlə vuruşurdum. O situasiyada mən oxuduğum institutdan da qovula bilərdim, amma geri çəkilmirdim. O vaxt KQB-nin güclü vaxtları idi, istənilən adamı yox edə bilərdilər. Amma biz geri çəkilmirdik. Çünkü müstəqil olmaq istəyirdik. İndi müstəqilik də. Niyə mənim kimi ideoloji gənclər azdır? Nə baş verdi? Bunu anlamaq lazımdır.
- Son dövrlərdə öz kino bazarımızda aktivlik var. Çox filmlər çəkilir. Əsasən komediya və sevgi janrında olan kinolara daha çox maliyyə ayrılır. Siz və sizin kimi şəxslər isə maliyyə cəhətdən sıxıntı çəkirsiniz. Bunun səbəbi nədir?
- Bunun səbəbi mən də bilmirəm nədir. Kino ilk növbədə maliyyədir. Bu il “Alternativ kino” adlı kino ssenarilər kitabım çapdan çıxıb. Yazıb qoymuşam. Özü də əminəm ki, haçansa bir ağıllı adam tapılıb o ssenariləri çəkəcək. Nuru paşa ilə bağlı “Turan at“-ı kino-ssenarim kino baxımından Azərbaycanın müstəqillik tarixində yeni bir səhifə ola bilərdi. Azərbaycanla Türkiyənin siyasi və ideoloji münasibətləri fonunda da bu zəmin yetişib. Amma hələ ki olmur. Bundan yaxşı nəsə olsa, mən heç nə demərəm. Amma o da olmur. İlk növbədə nə istədiyini bilən peşəkar rejissorlar yetişməlidir. Kino sənayedir, bir adamın işi deyil. Milli kino sahəsində başqa problemlər də var. Amma ən əsası kadr problemidir.
- Son filminizdən və yeni filmlərinizdən danışaq.
- Azərbaycanda çəkilmiş son filmimin adı “Xəlvətdə qalmış müdrik”dir. Film Bakuvidəndir. Seyid Yəhya Bakuvi xəlvətiyyə dərviş təriqətinin banisi, piri-sanisidir. Nadir insandır. Təəssüf ki, Azərbaycanda onu tanımırlar. Seyid Yəhya Bakuvi Rumi qədər böyükdür. Onun üçün insan, millət, dini ayrı-seçkilik yoxdur. O, susmaqla Allahı tanıyanlardandır. Onun qəbri İçərişəhərdədir. Biz bu “mavzaley”in hesabına bilirsinizmi necə siyasi və iqtisadi divident qazana bilərik. Bakı dünya xəlvətiyyə davamçılarının mərkəzinə çevrilə bilər. Xəlvətiyyə davamçıları ziyarət məqsədilə bura axışar. “Qabsburqlar sülaləsinin” son şahzadəsi Prinsessa Stefani də xəlvətiyyə dərvişidir. Bakuvinin davamçısıdır. Zamanında 11 Osmanlı sultanı xəlvətiyyəyə aid olub. Turistik baxımdan da bu layihə əlverişlidir. Türkiyədə isə “Tək” filmimin çəkilişləri artıq başa çatıb.
- Mən sizi daha çox “Zorxana” ilə tanıdım. “Zorxana”dan sonra həyatınız necə dəyişdi?
- “Zorxana” ilə məni xalq da tanıdı. Ona qədər ədəbiyyatda var idim. İri filmlərim də çəkilmişdi. Ciddi oxucular məni artıq tanıyırdı. Kitabım burada da, Moskvada da çıxmışdı. O zaman hələ kinoya, ədəbiyyata indiki qədər “diletantlar” da doluşmamışdı. Sənətdə pul yox idi deyə, camiyə əxlaqındaydı. Təsadüfi adamlar bura girə bilmirdi. Həmin zamanlarda kino sahəsində maaş yox idi deyə mən televiziya sahəsinə keçdim. Və sadəcə düşündüklərimi efirdən dedim. Layihə tutdu. Diqqət mərkəzində olmaq təbii ki, xoşdur. Məni bu gün xalq sevirsə, deməli nəsə etmişəm ki, sevir də. Bu gün gedib Türkiyədə, Rusiyada, Gürcüstanda da yaşaya bilərəm. Oralarda çox böyük vəzifəli dostlarım da var. Dolanışığım da buradan yaxşı olar. Qızım da rus dillidir. Amma bir iş var. Mən oralarda heç zaman Orxan Fikrətoğlu olmayacam. Burada xalqın mənə olan sevgisini görüb başı yuxarı yaşayıram da. Bu bilirsiz necə böyük xoşbəxtlikdir? Hər bir insanın, hətta oğrunun belə içində ədalət olduğu üçün o, Orxan Fikrətoğlunun “Zorxana”dakı obrazını sevib. Və bunu xalqın ürəyindən çıxartmaq mümkün deyil. Mən bunu hər gün hiss edirəm. Görürəm. Nə olsun ki altımda “stulum” yoxdur. Bütün evlərin içində “stullarım” ki var.
- “Zorxana”da açıq sözlüydünüz və hər bir problemə, hər bir məsələyə toxunurdunuz. Buna görə sizə tənqidlər, təhqirlər, təhdidlər olurdumu?
- Mən heç kimi təhqir etməmişəm. Bu çox önəmli faktordur. Həmişə obyektiv olmuşam. Azərbaycan dövlətinin rifahına xələl gətirən insanları və hadisələri tənqid etmişəm. Kimisə təhqir edib sonra gedib ondan pul alıb barışmamışam. Əgər mən danışdığım kimi olmasaydım, çoxdan mənə dediklərinizi edərdilər. Mən danışdığım kimi yaşamışam. “Zorxana”nı aparan zaman 1 otaqlı evdə yaşayırdım və bunun da çətinliyini ən çox həyat yoldaşım çəkirdi. Ona görə də o, bugün xəstədir. Biz buna dözmüşük, çünki mən təmiz jurnalistika ilə məşğul idim. Sənətlə alver etmirdim. Təmiz jurnalistə isə Azərbaycanda heç kim bir söz demir. Əgər mən hansısa bir siyasi partiyanın üzvü olsaydım, kimlərinsə marağına xidmət etsəydim, sifarişə işləsəydim, hər hansı bir dövlətin marağını təbliğ etsəydim, onda başqa məsələ. Bu gün elə bilirsiz kimin kimə işləməsi, kimin əlinin kimin cibində olması uzaqdan görünmür? Jurnalistika qanunlar çərçivəsində obyektiv olmalıdır. Təhdid və təhqirlərə heç vaxt məruz qalmamışam. Əksinə ölkə prezidenti mənə ”Əməkdar incəsənət xadimi“ fəxri adını da verib.
- Hal-hazırda heç bir yerdə çalışmırsınız?
- ATV-də işləyirəm. İnşallah yeni layihəm olacaq. Bundan əlavə, ARB TV-də bir layihəm var. Kino və ədəbiyyat sahələrində isə başqa “oğullar” “Zorxana” aparır. Mən orada daha yoxam. Daha doğrusu varam. Amma özüm üçün. Kitablarım çıxır, filmlərim çəkilir. Bu sahələrdə o qədər qeyri-peşəkarlar çalışır ki, elə mənim oralarda olmamağım məsləhətdir.
- Teleaparıcı kimi hələ də fəaliyyət göstərirsiz. Nə düşünürsünüz, sizcə xalq sizin fikirlərinizi sətiraltı mənalarını tutduğu üçün qəbul etdi? Bunu bir oyun kimi düşünək, qalib, yoxsa məğlub oldunuz bu oyunda?
- Teleaparıcı “obrazı” mənimlə çox axmaq zarafat etdi. Məni ciddi yazıçı sayan rusiyalı dostum Nikolay Berezin Bakıya gəlib görəndə ki, televiziyada işləyirəm çox hirsləndi. Fellininin bir yaxşı sözü var, “televiziya bütün sənətlərin kanalizasiyasıdır” dedi. Ona niyyətimi anlatdım. Mən boz kütlədən xalq düzəltmək istəyirdim. Sonda həmin bu boz kütlə mənə “bizi qıdığla, əylənək” və ya “bizi ağlat” sifarişlərini verdi. Bu da mənim xarakterimə uyğun deyildi. Mən şou apara bilmədim. Mən döyüşçüyəm. Düşünürəm. Bu anlamda mən məğlub olmuş adamam. Amma bir iş də var. Mən heç, siz bir gənc olaraq bu cəmiyyəti düşünün. Həmin bu “qıdığlanmaq istəyən” boz kütlə cəmiyyətin orta təbəqəsidir. Orta təbəqə isə ağlımca intellektual və işlək olmalıdır. Kiçik biznes, ziyalı, orta məmur təbəqəsindən danışırıq ha. İstənilən cəmiyyətin orta təbəqəsi intellektual deyilsə, onun sabahından müsbət fonda danışmaq da “intellektuallıq” deyil. Əylənə-əylənə, şadlana-şadlana nə qədər uzağa getmək olar?!
- Kitablarınız demək olar ki, satışda yoxdur. Bu nə ilə bağlıdır?
- Kitablarımı dükanlara vermirəm. Bilirsiz, kitab satışı üzrə mexanizm Azərbaycanda tənzimlənməyib. Tutaq ki, sən öz əməyin olan kitabı dükana verirsən, dükan da kitabın gəlirlərinin 40-50%-ni özünə götürür. Mən kitablarımı tanıdığım adamlara, oxuyan adamlara özüm bağışlayıram. Onları az tirajda nəşr etdirirəm, 200-300 dənə. Amma istəyirəm ki, nə yazmışamsa, qalsın, əbədiləşsin. Kitab meşəyə gedib odun yığmaq kimidir, şələ bağlamasan, yığdıqların itib gedəcək, dağılacaq. Mənim beləcə xeyli yazım itib. “Ölü mətn” kitabım Türkiyədə işıq üzü gördü. Onun puluyla Antalyaya gedib istirahət etdim (gülür). Həmin kitabı ikinci dəfə nəşr etmək üçün mənə yenə müraciət etdilər. Tərcümə baha olmasaydı, kitablarımı daha çox Türkiyədə və Rusiyada çap elətdirib satdırardım. Orada ciddi kitablar daha çox oxunur.
- Sizcə gənclərimiz niyə passivdir? Təhsil səviyyəsindən də görünür ki, gənclərin inkişafında gerilik var. Çayxana mədəniyyəti formalaşır getdikcə.
- Hər dövrün öz tələbi olur. Gənclər bu gün məqsədsizdir. Xalq biz ziyalılardan tələb etməlidir ki, mənim üçün elə bir ədəbiyyat yarat ki, onu oxuyub Qarabağı azad edim. Xalq bunu edirmi? Yox. Etmir. Xalq ancaq yaxşı yaşamaq istəyir. Bu gün cəmiyyət gənclərdən nə istəyir? Oxumağı, təhsili. Gənc bu təhsili tutaq ki birtəhər aldı. Sonra nə etsin? Xalq təhsil alandan sonra gəncdən nə istəyir? Vəzifə tutub yaxşı dolanmaq. Ya da heç nə istəmir. Özü onun üçün pul tapır. Gəncləri daha çox biz riyakar və yalançı edirik. İstəyirik onlar da həqiqətə göz yumsunlar, gizlənsinlər, daş gələndə dostlarını qabağa versinlər. Orta nəsil gənclikdən nə istədiyini bilməlidir. Gənclər çox yaxşıdır. Biz pisik.
- Ordu ilə bağlı fikirləriniz verilişinizdə çox böyük marağa səbəb olmuşdu. O vaxtki ordu ilə indiki ordumuz arasında nə fərq var?
- Aprel hadisələri zamanı mən Lələtəpədə ARB üçün bir layihə çəkirdim. Qəflətən o hadisələr baş verdi. Gəncədən “Niva” maşınında savaşmaq üçün başmaqda gənclər gəlmişdilər. Könüllü olaraq cəbhədə vuruşmaq istəyirdilər. Mən onları görüb çox sevindim. Bilirsənmi niyə? Çünki həmişə döyüşçü yetişdirməyin tərəfdarı olmuşam. Döyüş milli ruhdan başlanır. Biz döyüşçü xalqıq. Orduya gəldikdə isə çox fərq var. Biz döyüşə hazırıq. Mən də. Ordumuz da..
- Sovetski söküldü. Nə hisslər keçirdiniz? Haqlı qərar idimi?
- Sovetski məsələsini mediyada nədənsə çox şişirtdilər. Ləyəndə tufan misalı etdilər. Elə bilirsiz Sovetski əhli oradan köçmək istəmirdi? Ya orada köhnə Bakı camaatı qalmışdı? Sovetski əhalisinin 10-15 %-i köhnə camaatı idi. Son illər orada yaşayanların çoxu işğal olunmamış ərazilərdən Bakıya köçmüş “nyuqaçqınlar” idi. Əlbəttə ki, Bakının intibahı vacibdir. Bakı tikilməli və gözəlləşməlidir. Amma Sovetski əxlaqı da yaşamalıdır. Orada qonşu bərabərliyi nəyə desəniz dəyərdi. O əxlaq Azərbaycandan getməməlidir. Söhbət əxlaqdan, kişilikdən gedir. Sən o məhlədən keçəndə bilirdin ki, qadınına söz deyilməyəcək, maşınından oğurluq edilməyəcək. Böyük-kiçik əxlaqı saxlanacaq. Sovetskiylə bağlı çox xatirələrim var. O xatirələr silinəndə mən də yox olacam. Qonşu qınağı olmayan yerdə, “gecə kəpənəkləri” uçuşar. Bir dəfə Sovetskinin sökülməsi ilə bağlı hansısa telekanala müsahibə verən bir məmur gülə-gülə “Bayır şəhər” ifadəsini işlətdi. Bəlkə də kiməsə ”Bayır şəhər” ifadəsi bu gün gülməli görünür. Amma Bakı dediyin, elə “İşərişəhər” və “Bayır şəhər” deməkdir də. Sən tarixinə, özünə, hamımızın, o cümlədən bayır şəhərlilərin də qurduğu müstəqil dövlətə və onun vətəndaşına hörmət edirsənsə, deməli bu şəhərin daşı qədər onun xatirəsinə də hörmət etməlisən. Bakılıların xatirəsində isə Sovetski var. Bizi azərbaycanlı edən də budur. Ümümi xatirələr. Mən Sovetski üçün ”Bakı tramvayları” qədər darıxacam. Eyni zamanda, onun yerində tikiləcək yaşıl parkdan da zövq alacam. Bu həyatdır, qardaş, biri gəlir o biri gedir. Sadəcə yadda qalmaq məsələsi var.