Ana-balanı öldürən həkimlər qovuldu, Şirəliyev susur

Ana-balanı öldürən həkimlər qovuldu, Şirəliyev susur İyunun 14-dəŞəki Regional Perinatal Mərkəzində dünyasını dəyişən hamilə qadının istintaqı ilə bağlı məlumat əldə etmişik

Politika.Az-a daxil olan özəl xəbərə görə, 27 yaşlı Günay Həşimovanın ölümündə səhlənkarlığı olan həkimlər işdən qovulub.

Məlumatda deyilir ki, onların səhvi ucbatından Günay həyatını itirib. İyundan bəri işlə bağlı prokurorluq tərəfindən istintaq aparılıb və həkimlərin izahatı alınıb.

Yekunda həkimlər işindən uzaqlaşdırılıb. Səhiyyə Nazirliyi isə bu barədə rəsmi açıqlama yaymayıb.


Ana-balanı öldürən həkimlər qovuldu, Şirəliyev susur

Xatırladaq ki, onun bacısı Günel Həşimova həkimləri günahlanıdrmışdı. Mayın 18-də bacısının qarnında möhkəm ağrıları olduğu üçün Qəbələ Rayon Mərkəzi Xəstəxanasına aparıblar.

Analizlər verildikdən sonra G.Həşimovanın böyrəyində duz kristallarının olduğu və bunun sidik kanallarına düşdüyü bildirilib.

Qəbələdə iki gün müalicə olunduqdan sonra həkimlər vaxtından öncə doğuş təhlükəsi diaqnozu qoyaraq G.Həşimovanı Şəki Regional Perinatal Mərkəzinə göndəriblər.

Şəkidə növbəti analizlərdən sonra yenə də xəstənin böyrəyində duzun olduğu diaqnozu qoyulub. Diaqnozu dəqiqləşdirmək üçün isə xəstəni Şəkidə fəaliyyət göstərən İnvitro Müalicə Diaqnostika Mərkəzinə növbəti dəfə analizə göndəriblər.

Bacısının sözlərinə görə, bu müddət ərzində G.Həşimovanın belində, qarnının altında dəhşətli dərəcədə ağrılar olub və qusmalar dayanmayıb. Atası Bakıya gətirmək istəyirmiş ki, ağrılar kəskinləşib.

Bu müddətdə appendisitin dağılmasından yaranan irin nəticəsində uşaq ana bətnində tələf olub və hamilə qadını səhv diaqnozla müalicə ediblər. Uşaq ölü doğulandan sonra Günayın qarnı şişməyə başlayıb və bu zaman həkimlər təşvişə düşüb.

Qarnı yaran cərrah deyib ki, 4-5 gün öncə appendisit partlayıb və bütün orqanlar zəhərlənib. Sonra ağır vəziyyətdə oksigenə bağlayıblar və Bakıya çatdırıblar.

Bütün bunlara baxmayaraq, Şəki Regional Perinatal Mərkəzi hadisə ilə bağlı mediaya yalandan məlumat verərək, Günayın qeysəriyyə doğuşu etdiyini deyiblər.

Günay Həşimova 3 həftə ərzində Bakıda Mirqasımov adına Respublika Kliniki Xəstəxanasında müalicə alıb. Burada xəstənin yaxınlarına bildiriblər ki, G.Həşimovanın bütün orqanları zədələnib. O, iyunun 14-də burada dünyasını dəyişib.

Oxşar xəbərlər