Azərbaycanlı müğənni üç avtomobilini birdən satdı - Səbəb çox üzücüdür

Azərbaycanlı müğənni üç avtomobilini birdən satdı - Səbəb çox üzücüdür Populyar müğənni Elariz Məmmədoğlu hazırda maşınsızdır. Bu günədək üç avtomobili olan Elariz hansı səbəbdən maşınları ilə vidalaşıb?

Bu barədə açıqlama verən Elariz borcları olduğunu və borclu qalmağı sevmədiyinə görə bu addımı atdığını deyib:

"20 min dollar borcum var idi və buna görə çox sıxılırdım, çünki borclu qalmağı xoşlamıram. Maşınlarım da artıq köhnəlmişdi, fikirləşdim ki, satım borcumu da verim, onlardan da qurtulum. Düzdü, bəzi həmkarlarım kimi velosipedə keçmək fikrim yoxdu, ondansa nə qədər ki, qocalmamışam, piyada gəzməyə üstünlük verirəm. Bir də ki, maşınla da, maşınsız da mən elə Elarizəm və həyatda özümə görə hörmət qazanmışam, avtomobilimə görə yox!" (Atv.az)

Oxşar xəbərlər