Azərbaycan təyyarəsi İrəvana enib

Azərbaycan təyyarəsi İrəvana enib Dünən AZAL-a məxsus təyyarə Ermənistanın paytaxtı İrəvanda eniş edib.

Bu barədə məlumatı hərbi ekspert Ədalət Verdiyev feysbuk hesabında paylaşıb.

“Uzun fasilədən sonra AZAL təyyarəsi İrəvan hava limanına enib”, - deyə o qeyd edib.

“Sputnik Ermənistan” yazır ki, azərbaycanlı ekspertlər aylıq cədvəl üzrə yenidən İrəvana gəliblər.

"Müxtəlif mənbələrə görə, Bakıdan gələn xüsusi reys səhər saat 16:00 radələrində İrəvana enib.

İlkin məlumatlara görə, oktyabrın 21-22-də "Doubletree by Hilton" hotelində Ermənistan və Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri ilə dəyirmi masa keçiriləcək. “Sülh gündəmi” müzakirə olunacaq", - deyə qeyd edilib.

Oxşar xəbərlər