Bu gündən etibarən Gəncə şəhərindən Kəlbəcər rayonuna ilk müntəzəm avtobus reysi açılıb.“Qafqazinfo” xəbər verir ki, ilk avtobus reysi Gəncə Beynalxalq Avtovağzalından yola düşüb.Hər gün 08:30-da həyata keçiriləcək reysdə sərnişin avtobusu Goranboy-Naftalan-Suqovuşan- Ağdərə istiqamətindən hərəkət edəcək.