Bu gün Azərbaycan - Ukrayna matçı var

Bu gün Azərbaycan - Ukrayna matçı var Bu gün futbol üzrə Azərbaycan milli komandası DÇ-2026-nın seçmə mərhələsində ikinci oyununa çıxır.

“Yığmamız Bakıda Ukrayna millisi ilə qarşılaşacaq.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşmanın start fiti saat 20:00-da səsləndiriləcək.

Qeyd edək ki, AFFA İslaniya məğlubiyyətindən (0:5) sonra Fernandu Santuşla yollarını ayırıb. Millimizi bu matça U-21-in çalışdırıcısı Ayxan Abbasov çıxaracaq.

DÇ-2026

Seçmə mərhələ, D qrupu

9 sentyabr

Azərbaycan - Ukrayna

Tofiq Bəhramov adına Respublika Stadionu. Saat 20:00
Baş hakim: Vassilis Fotias
Baş hakimin köməkçiləri: Andreas Meintanas, Mixail Papadakis
Dördüncü hakim: Anastasios Papapetru
VAR hakimləri: Angelos Evangelu, Yoannis Papadopulos(Hakimlər briqadası Yunanıstandandır)

Oxşar xəbərlər