Vaşinqton və Paris Bakı ilə İrəvan arasında sülh məsələsini müzakirə etdi

Vaşinqton və Paris Bakı ilə İrəvan arasında sülh məsələsini müzakirə etdi ABŞ və Fransa Cənubi Qafqazda sülh prosesinə dair müzakirələr aparıblar.

ABŞ Dövlət katibi Rik Rublio ilə Fransa Xarici İşlər naziri Tibo Barro arasında baş tutan telefon danışığında bir sıra beynəlxalq məsələlər gündəmdə olub.

Tərəflər arasında aparılan danışıqlarda aşağıdakı məsələlər müzakirə edilib:

Azərbaycan və Ermənistan arasında sülh sazişinin əldə olunması prosesi

Qəzza zolağında humanitar vəziyyət və atəşkəs səyləri

Rusiya–Ukrayna müharibəsinin gedişatı və nəticələri

İranın nüvə proqramı ilə bağlı narahatlıqlar

Müzakirə zamanı hər iki tərəf Cənubi Qafqazda davamlı sülh və sabitliyin təmin olunmasının vacibliyini vurğulayıb. Vaşinqton və Paris arasında diplomatik səviyyədə aparılan bu cür məsləhətləşmələr bölgədəki vəziyyətin beynəlxalq səviyyədə diqqət mərkəzində olduğunu bir daha göstərir.

Qeyd edək ki, son aylarda ABŞ və Fransa Ermənistan-Azərbaycan normallaşma prosesinə vasitəçilik səylərini artırıb. Mümkün sülh sazişi ətrafında aparılan danışıqların növbəti mərhələsi üçün beynəlxalq zəmanət mexanizmlərinin və qarşılıqlı öhdəliklərin əsas müzakirə mövzusu olacağı gözlənilir.

Oxşar xəbərlər